Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

26-09-2026 , 11:37

183

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Kamandar Zeynalov: “Bilgəh bələdiyyəsi növbəti irihəcmli layihəyə yekun vurub”

“Bilgəh bələdiyyəsi güclü yağışların fəsadlarını aradan qaldırmaq üçün mühüm layihə həyata keçirib”- bu fikirləri Belediyye.infoya Sabunçu rayonu, Bilgəh bələdiyyəsinin sədri Kamandar Zeynalov deyib. 

Sədr qeyd edib ki, Bilgəh qəsəbəsində güclü yağışlar zamanı yaranan su basmalarının və digər fəsadların qarşısının alınması istiqamətində Sabunçu RİH tərəfindən də mühüm addım atılıb. Ancaq Bilgəh bələdiyyə olaraq bu prosesə öz töhfəmizi verməyə çalışırıq. Bu məqsədlə  Bilgəh bələdiyyəsi tərəfindən “Azərbaycan qadını” küçəsində yağış sularının yaratdığı problemlərin aradan qaldırılması məqsədilə genişmiqyaslı növbəti bir  layihə  icra olunub.

Layihə çərçivəsində küçədə yağış sularının hərəkətinin tənzimlənməsi, suyun toplanmasının və ərazidə fəsadların yaranmasının qarşısının alınması üçün zəruri infrastruktur işləri həyata keçirilib.

Görülən tədbirlər nəticəsində yağışlı havalarda sakinlərin üzləşdiyi çətinliklərin minimuma endirilməsi, küçənin vəziyyətinin yaxşılaşdırılması və ərazidə təhlükəsiz hərəkətin təmin olunması qarşıya qoyulan əsas məqsədlərdən olub. Artıq bələdiyyə tərəfindən həyata keçirilən layihəyə yekun vurulub. Son ilyarım ərzində bələdiyyə tərəfində qəsəbədə həyat akeçirilən onuncu irihəcmli layihədir. 

Bilgəh bələdiyyəsi ərazidə mövcud problemlərin müəyyənləşdirilməsi və onların mərhələli şəkildə aradan qaldırılması istiqamətində işləri davam etdirir. Bu layihə də qəsəbə sakinlərinin rahatlığının və təhlükəsizliyinin təmin olunmasına yönəlmiş mühüm tədbirlərdən biri kimi qiymətləndirilir.

Sədr qeyd edib ki, bələdiyyə tərəfindən həyata keçirilən bu layihə sakinlərin və hərəkət iştirakçıları tərəfindən razılıqla qarşılanacağına inanırıq.

Belediyye.info



Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Əziz Zeynalova ağır itki üz verib

Bakı
22-06-2026
1914