Hacı Əliyev növbəti vətəndaş qəbulu keçirib
Səbail bələdiyyəsinin sədri Hacı Əliyevin və bələdiyyənin digər rəsmilərinin iştirakı ilə növbəti vətəndaş qəbulu keçirilib.
Qəbul zamanı vətəndaşların müraciətləri və təklifləri dinlənilib,
onları narahat edən məsələlər ətraflı müzakirə olunub. Səsləndirilən müraciətlərin
operativ araşdırılması və qanunvericiliyin tələblərinə uyğun həlli məqsədilə
aidiyyəti qurum və şöbələrə müvafiq tapşırıqlar verilib.
Vətəndaşların müraciətlərinə həssas yanaşılması, onların problemlərinin vaxtında və qanunvericiliyə uyğun şəkildə həlli istiqamətində tədbirlərin görülməsi bələdiyyənin əsas fəaliyyət istiqamətlərindən biri olaraq davam etdirilir.
Səbail bələdiyyəsi
Rəylər
0 Rəy