Uşaqlar üçün əyləncəli tədbir Biləcəri bələdiyyəsi tərəfindən təşkil olunub
Binəqədi rayonu Biləcəri bələdiyyəsi tərəfindən “1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü” ilə əlaqədar Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Heydər Əliyev adına İdman Sarayı-Konsert Kompleksi”ndə uşaqlar üçün əyləncəli tədbir təşkil edilmişdir. Tədbirdə, şəhid, qazi və aztəminatlı ailələrdən, eyni zamanda qəsəbə ərazisində fəaliyyət göstərən orta ümumtəhsil məktəblərindən təhsil alan şagirdlər olmaqla ümumilikdə 40 nəfərin iştirakı təmin edilmişdir.
Uşaqlar buz meydançasında maraqlı vaxt
keçirmiş, könüllü buzüstü sürüşçülərin
müşayiəti ilə öz bacarıqlarını sınamışdırlar. Bundan əlavə, tədbir çərçivəsində
uşaqlar İdman Sarayı-Konsert Kompleksində mövcud olan digər oyun növlərindən də
istifadə etmişlər.
Yekunda, Biləcəri bələdiyyəsinin sədri Fərid
Cəfərov tədbirin ərsəyə gəlməsində əməyi keçən əməkdaşlara təşəkkürünü ifadə
edərək, uşaqları bir daha bayram
münasibəti ilə təbrik etmiş və onlara xoş arzularını çatdırmışdır.
Biləcəri bələdiyyəsi
Rəylər
0 Rəy