Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

31-05-2026 , 21:45

146

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

İsrafil Hüseynov: “Bələdiyyənin təşkilatçılığı ilə ehtiyacı olan vətəndaşlara Qurban payı paylanılıb”


“Buzovna bələdiyyəsi hər zaman əhalinin həssas qrupuna öz maddi və mənəvi dəstəyini göstərməkdədir”-bu  fikirləri Belediyye.info adıçəkilən bələdiyyənin sədri İsrafil Hüseynov deyib.

Sədrin sözlərinə görə, islam aləminin ən müqəddəs bayramlarından biri olan Qurban bayramı münasibətilə bələdiyyə qəsəbə ərazisində növbəti nəcib aksiya təşkil edib. Xəzər Rayon  İcra Hakimiyyətinin təşəbbüsü və Buzovna bələdiyyəsinin təşkilatçılığı ilə ehtiyacı olan vətəndaşlara və aztəminatlı ailələrə Qurban payı paylanılıb.

Bələdiyyə rəsmilərinin və qulluqçularının iştirakı ilə keçirilən tədbirdə rayonun şəhid ailələrinə, Vətən müharibəsi qazilərinə, sosial cəhətdən həssas ailələrə, tənha şəxslərə və əlillərə (ümumilikdə 80 ailəyə) Qurban payları təqdim edilib. 

Qurban payı iki gün ərzində bələdiyyə üzv və qulluqçularının iştirakıyla paylanılıb, habelə yaşlı və ahıl insanlara isə Qurban payları ünvanlarına çatdırılıb.

Sədr bildirib ki, bələdiyyə hər zaman bayram günlərində həssas qrupa aid insanlara maddi- mənəvi dəstək göstərməyi unutmur.

Belediyye.info


 


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Bu gün onun günüdür
Bakı
23-02-2026
1438