Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

25-05-2026 , 00:56

72

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Seymur Həsənov: “Aktların elektron qaydada göndərilməsi prosesin sürətli şəkildə həllinə dəstək verib”

“Borclu vergi ödəyicləri ilə bağlı ilk olaraq görüşlər keçirilir, izahat işləri aparılır və çalışırıq ki, münasibət hüquq müstəvisinə çıxmasın”- bu fikirləri Belediyye.infoya Səbail rayonu, Badamdar bələdiyyəsinin sədri Seymur Həsənov deyib.

Sədr qeyd edib ki, cari ildən aktların elektron qaydada icrası prosesin sürətli şəkildə həllinə dəstək verib. Bununla  bələdiyyə artıq vaxt itkisindən, kağız formatında müraciətdən azad olub. Hər bir addım onlayn qaydada öz həllini tapır.

Cari ilin beş ayı ərzində çoxsaylı danışıqların əhəmiyyətini görmədiyimizdən vergi ödəyicilərindən 61 nəfəri barədə tərtib edilmiş akt bələdiyyə iclasının qərarı ilə icra -probasiya orqanına  göndərilib.

61 vergi ödəyicisinin  bələdiyyəyə vergi borcunun həcmi 19.621 manat təşkil etmişdi. Artıq mart ayından başlanan prosesdə nəticə olaraq bu günədək 32 nəfər vergi börcunu bağlamışdır. İnidiyədək ödənilən məbləğin həcmi isə  7.705 manat təşkil edib.

Sədr qeyd edib ki, bələdiyyənin vergi xidmətinin əsas məqsədi vergi ödəyicilərini vergiyə cəlb etməklə onların bir sakin olaraq üzləşdikləri problemlərinə həllinə nail olmaqdır.

Bütün hallarda bu istiqamətdə Badamdar bələdiyyəsi öz fəaliyyətində ciddi irəliləyişə nail olub.  Bu işdə kollektivin hər bir üzvünün öz töhfəsi vardır. 

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər