Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

06-05-2026 , 19:28

89

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Keşlə bələdiyyəsində Ulu Öndər Heydər Əliyevə həsr olunmuş tədbir keçirilib

 Nizami rayonu, Keşlə bələdiyyəsində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Ümummilli Lider Heydər Əliyevin, eləcə də ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxış edən Keşlə bələdiyyəsinin sədri Rəşad Babayev, Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov və digər natiqlər bildiriblər ki, Azərbaycanın müasir tarixində milli intibah dövrü məhz Ulu Öndər Heydər Əliyevin adı ilə sıx bağlıdır. Qeyd olunub ki, dahi dövlət xadimi ölkəmizi xaos və böhran vəziyyətindən çıxararaq xalqımızın taleyində xilaskar missiyasını uğurla həyata keçirib, mürəkkəb və çətin dövrlərdə dövlət müstəqilliyini qoruyaraq Azərbaycanın həm regionda, həm də beynəlxalq aləmdə mövqeyini möhkəmləndirib.

Çıxışlardan sonra Yeni Azərbaycan Partiyasına yeni qəbul olunmuş üzvlərə partiya vəsiqələri təqdim edilib.

Tədbir Yeni Azərbaycan Partiyasının himninin səsləndirilməsi ilə yekunlaşıb.

Keşlə bələdiyyəsi 


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

18 yanvar onun günüdür

Bakı
17-01-2026
1576