Hacı Əliyev: “Qərbi Azərbaycan irsinin təbliğinə bələdiyyə olaraq bundan sonra da öz töhfəmizi verəcəyik”
Səbail bələdiyyəsində Qərbi Azərbaycan İcmasının Səbail rayonu üzrə nümayəndələri ilə görüş keçirilib. Görüşdə Səbail bələdiyyəsinin sədri Hacı Əliyev, Səbail RİH-in İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Qabil Vahidov, bələdiyyənin sədr müavini Səmədağa Aslanov, Qərbi Azərbaycan İcmasının Səbail rayonu üzrə nümayəndəsi Əpoş Vəliyev, AR Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyətinin üzvü, polkovnik-leytenant Bəhram Ağakişiyev, İnkişafa və İslahatlara Dəstək İctimai Birliyinin sədri Ramil Əliyev və digər şəxslər iştirak edib.
Görüşdə
çıxış edən Səbail Bələdiyyəsinin sədri Hacı Əliyev bildirib ki, Ümummilli lider
Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik strategiyası nəticəsində Azərbaycan
xalqının tarixi-mədəni irsinin qorunması və təbliği daim prioritet istiqamətlərdən
biri olmuşdur. Bu siyasət hazırda Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Sədr Səbail
RİH-in təşəbbüsü və dəstəyi ilə keçirilən
bu görüşün əhəmiyyətində danışaraq, həyata keçirilən layihələrin hər birinə bələdiyyənin
də öz töhfəsinin bundan sonra da olacağına əmin olduğunu qeyd edib.
Görüşdə
söz alan Qərbi Azərbaycan İcmasının Səbail rayonu üzrə nümayəndəsi Əpoş Vəliyev
qeyd edib ki, nümayəndəliyin fəaliyyəti Qərbi Azərbaycan irsinin təbliği,
ictimai maarifləndirmə və bu istiqamətdə əlaqələndirmə işlərinin gücləndirilməsinə
xidmət edir.
Nümayəndəliyin
fəaliyyəti Qərbi Azərbaycan irsinin təbliği, ictimai maarifləndirmə və bu
istiqamətdə əlaqələndirmə işlərinin gücləndirilməsinə xidmət edəcəkdir.
Sonda tədbir
iştirakçıları bu kimi görüşlərin təşkilinin davamlı xarakter daşımasının
vacibliyini vurğulanmışlar.
Görüşdə yekun olaraq çıxış edən Səbail Bələdiyyəsinin sədri Hacı Əliyev icmanın Səbail təşkilatının fəaliyyəti üçün bələdiyyədə hər bir şərait yaradıldığını və bundan sonra da Qərbi Azərbaycan irsinin təbliğinə bələdiyyə olaraq hər bir dəstək göstəriləcəyini qeyd etmişdir.
Belediyye.info
Rəylər
0 Rəy