Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

10-04-2026 , 19:45

144

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Hacı Əliyev: “Qərbi Azərbaycan irsinin təbliğinə bələdiyyə olaraq bundan sonra da öz töhfəmizi verəcəyik”

Səbail bələdiyyəsində Qərbi Azərbaycan İcmasının Səbail rayonu üzrə nümayəndələri ilə görüş keçirilib.  Görüşdə Səbail bələdiyyəsinin sədri Hacı Əliyev, Səbail RİH-in İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Qabil Vahidov, bələdiyyənin sədr müavini Səmədağa Aslanov, Qərbi Azərbaycan İcmasının Səbail rayonu üzrə nümayəndəsi Əpoş Vəliyev, AR Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyətinin üzvü, polkovnik-leytenant Bəhram Ağakişiyev,  İnkişafa və İslahatlara Dəstək İctimai Birliyinin sədri Ramil Əliyev və digər şəxslər iştirak edib.

Görüşdə çıxış edən Səbail Bələdiyyəsinin sədri Hacı Əliyev bildirib ki, Ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik strategiyası nəticəsində Azərbaycan xalqının tarixi-mədəni irsinin qorunması və təbliği daim prioritet istiqamətlərdən biri olmuşdur. Bu siyasət hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Sədr Səbail RİH-in  təşəbbüsü və dəstəyi ilə keçirilən bu görüşün əhəmiyyətində danışaraq, həyata keçirilən layihələrin hər birinə bələdiyyənin də öz töhfəsinin bundan sonra da olacağına əmin olduğunu qeyd edib.

Görüşdə söz alan Qərbi Azərbaycan İcmasının Səbail rayonu üzrə nümayəndəsi Əpoş Vəliyev qeyd edib ki, nümayəndəliyin fəaliyyəti Qərbi Azərbaycan irsinin təbliği, ictimai maarifləndirmə və bu istiqamətdə əlaqələndirmə işlərinin gücləndirilməsinə xidmət edir.

Nümayəndəliyin fəaliyyəti Qərbi Azərbaycan irsinin təbliği, ictimai maarifləndirmə və bu istiqamətdə əlaqələndirmə işlərinin gücləndirilməsinə xidmət edəcəkdir.

Sonda tədbir iştirakçıları bu kimi görüşlərin təşkilinin davamlı xarakter daşımasının vacibliyini vurğulanmışlar.

Görüşdə yekun olaraq çıxış edən Səbail Bələdiyyəsinin sədri Hacı Əliyev icmanın Səbail təşkilatının fəaliyyəti üçün bələdiyyədə hər bir şərait yaradıldığını və bundan sonra da  Qərbi Azərbaycan irsinin təbliğinə bələdiyyə olaraq hər bir dəstək göstəriləcəyini  qeyd etmişdir.

Belediyye.info



Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər