Elşad Vəliyev: “Ölkəmizdə dini-mənəvi dəyərlərə göstərilən diqqət və qayğı daim nümunəvi səviyyədə olub”
“Xətai RİH -in təşəbbüsü və Xətai bələdiyyəsinin təşkilatçılığı
ilə şəhid ailələri və qazilər üçün iftar süfrəsi açılmışdır”- bu fikirləri
Belediyye.info ya adıçəkilən bələdiyyənin sədri Elşad Vəliyev deyib.
Sədr qeyd edib ki, şəhid, qazi və aztəminatlı ailələrin, o
cümlədən rayon ictimaiyyətinin, habelə bələdiyyənin üzv və qaulluqçularının
iştirakı ilə təşkil
edilən iftar sürfəsində ümumilikdə 250 nəfər iştirak edib.
İftar
süfrəsində Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda,
canından keçmiş şəhidlərimizin xatirələri birdəqiqəlik sükutla yad olunmuşdur.
Sonra
Xətai bələdiyyəsinin sədri Elşad Vəliyev çıxış edərək ölkəmizdə dini-mənəvi dəyərlərə
göstərilən diqqət və qayğıdan danışmış, tolerantlığın və həmrəyliyin nümunəvi səviyyədə
olduğunu diqqətə çatdırmışdır. Qeyd etmişdir ki, Müzəffər Ali Baş
Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman
Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində
30 illik işğala son qoymuşdur.
Sonra çıxış edən ağsaqqallar Ramazan ayının mənəvi paklıq, mərhəmət
və şəfqət ayı olduğunu qeyd etmiş, Müqəddəs Qurani-Kərimdən ayələr oxuyub
dualar etmişlər.
Şəhid ailələrinin üzvləri və qazilər onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildimişlər.
Belediyye.info
Rəylər
0 Rəy