Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

16-03-2026 , 23:05

97

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Elşad Vəliyev: “Ölkəmizdə dini-mənəvi dəyərlərə göstərilən diqqət və qayğı daim nümunəvi səviyyədə olub”


 

“Xətai RİH -in təşəbbüsü və Xətai bələdiyyəsinin təşkilatçılığı ilə şəhid ailələri və qazilər üçün iftar süfrəsi açılmışdır”- bu fikirləri Belediyye.info ya adıçəkilən bələdiyyənin sədri Elşad Vəliyev deyib.

Sədr qeyd edib ki, şəhid, qazi və aztəminatlı ailələrin, o cümlədən rayon ictimaiyyətinin, habelə bələdiyyənin üzv və qaulluqçularının iştirakı ilə təşkil edilən iftar sürfəsində ümumilikdə 250 nəfər iştirak edib.

İftar süfrəsində Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda, canından keçmiş şəhidlərimizin xatirələri birdəqiqəlik sükutla yad olunmuşdur.

Sonra Xətai bələdiyyəsinin sədri Elşad Vəliyev çıxış edərək ölkəmizdə dini-mənəvi dəyərlərə göstərilən diqqət və qayğıdan danışmış, tolerantlığın və həmrəyliyin nümunəvi səviyyədə olduğunu diqqətə çatdırmışdır. Qeyd etmişdir ki, Müzəffər Ali Baş Komandan  İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində  30 illik işğala son qoymuşdur.

Sonra çıxış edən ağsaqqallar Ramazan ayının mənəvi paklıq, mərhəmət və şəfqət ayı olduğunu qeyd etmiş, Müqəddəs Qurani-Kərimdən ayələr oxuyub dualar etmişlər.

Şəhid ailələrinin üzvləri və qazilər onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildimişlər.

Belediyye.info

 

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər