Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

02-12-2025 , 22:09

394

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Bələdiyyələrlə iş baş idarəsi tərəfindən növbəti seminar təşkil olunub

Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş baş idarəsi tərəfindən Bakı şəhəri üzrə fəaliyyət göstərən bələdiyyələrin iştirakı ilə seminar-təlimlər təşkil olunub.

Videokonfrans formatında keçirilən təlimlər “Bələdiyyə qulluğuna qəbul və icra aparatının formalaşdırılması qaydaları” və “Bələdiyyə qulluqçularının hüquq və vəzifələri və onların sosial təminatları” mövzularını əhatə edib.

Təlimlərdə bələdiyyə qulluğuna qəbul prosesi, bu sahədə mövcud məhdudiyyətlər, müsabiqə komissiyasının təşkili qaydaları, eləcə də bələdiyyənin icra orqanı olan icra aparatının səlahiyyətləri barədə ətraflı məlumat verilib.

Bununla yanaşı, bələdiyyə qulluqçularının hüquq və vəzifələri, iş vaxtının təşkili, məzuniyyət hüququ, pensiya və digər müavinətlərin verilməsi qaydası da daxil olmaqla sosial təminat məsələləri üzrə qanunvericiliyin tələbləri izah olunub.

Seminar zamanı bələdiyyə qulluğuna qəbul prosesində müşahidə olunan bəzi çatışmazlıqlara da toxunularaq onların aradan qaldırılması istiqamətində müvafiq tövsiyələr təqdim edilib.

Sonda mövzular üzrə iştirakçıların sualları cavablandırılıb və qarşılıqlı fikir mübadiləsi aparılıb.



Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Qəsəbə ahilları ziyarət olunub

Bakı
01-10-2025
1019

27 Sentyabr- Anım Günü...

Bakı
27-09-2025
1115