Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

09-11-2025 , 13:35

1238

Son xəbərlər

Bütün xəbərlər

Bələdiyyələr hara daha çox pul xərcləyir?

Gündəlik Xəbərlər
09-02-2026

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Anar Adıgözəlov: “Şəhidlər Xiyabanında həyata keçirilən abadlıq işlərinin aparılması mənəvi borcumuzun ifadəsidir”

“Azərbaycan xalqının tarixində əbədi iz buraxan 8 Noyabr - “Zəfər Günü” münasibətilə Maştağa Bələdiyyəsi tərəfindən qəsəbə ərazisində yerləşən Şəhidlər Xiyabanında  genişmiqyaslı abadlıq və bərpa işləri həyata keçirilmişdir. Bu təşəbbüs xalqımızın qəhrəman oğullarının əziz xatirəsinə dərin ehtiramın təzahürüdür. Xiyabanın ərazisi yenilənib və abadlaşdırılıb.”- bu fikirləri adiçəkilən bələdiyyənin sədri Anar Adıgözəlov deyib.

Sədr qeyd edib ki, ümumi sahəsi 1,5 hektar olan Maştağa Şəhidlər Xiyabanında bərk məişət tullantıları tam təmizlənmiş, ərazidən daşınmışdır. Hasarların bir hissəsi bərpa edilərək suvaq işləri aparılmış, 1200 kv. metr hasar tam rənglənmişdir. Xiyabanın giriş qapıları və metal reşotqaları yenidən rənglənərək müasir görünüşə salınıb, Bayraqlar yenilənib. Abadlıq işləri çərçivəsində ərazidə yüzlərlə qızılgül kolları, həmçinin 55 ədəd limonlu şam ağacı əkilmişdir. Əkilmiş ağac və bitkilərin uzunömürlü saxlanması məqsədilə müasir suvarma sistemi quraşdırılmış, bu da gələcəkdə ərazinin davamlı yaşıllıq vəziyyətini təmin edəcək. Şəhidlərimizin ildönümlərində məzarları ziyarət edilmiş, əklil və gül dəstələri qoyulmuş, şəhidlərin ruhuna dualar oxunmuşdur.

Maştağa bələdiyyəsinin sədri Anar Adıgözəlov “Zəfər günü” ilə bağlı tədbir çərçivəsində daha sonra qeyd edib ki, Şəhidlər Xiyabanında həyata keçirilən abadlıq işləri təkcə fiziki bərpa deyil, mənəvi borcumuzun ifadəsidir. Biz bu torpaqda azad, qürurlu və suveren şəkildə yaşayırıqsa, bu, şəhidlərimizin qəhrəmanlığı və canı bahasınadır. Onların xatirəsini daim uca tutmaq, məzarlarını qorumaq və bu müqəddəs məkana qayğı ilə yanaşmaq hər birimizin vətəndaşlıq borcudur. Bundan sonrada Xiyaban ərazisində abadlıq-quruculuq işləri daim davam etdiriləcəkdir.

Sonda qəsəbə sakinləri Şəhidlər xiyabanında həyata keçirilən abadlıq-quruculuq işlərinə görə teşəkkür etmişlər və bunu vətənə sədaqət, hörmət və birlik rəmzi kimi dəyərləndirmişlər.

Belediyye.info













Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

18 yanvar onun günüdür

Bakı
17-01-2026
991