Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

24-10-2025 , 20:39

1567

Son xəbərlər

Bütün xəbərlər

Bələdiyyələr hara daha çox pul xərcləyir?

Gündəlik Xəbərlər
09-02-2026

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Telman Süleymanov: “Fəaliyyətimizlə qəsəbə sakinlərinə xidmətimizi yüksək səviyyədə davam etdirir və həyata keçirilərn layihələrə öz dəstəyimizi göstəririk”

“Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan və 1995-ci ildə ümumxalq səsverməsi ilə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizin hüquqi, demokratik və dünyəvi dövlət kimi inkişafının əsasını qoyub. Bu Konstitusiya yalnız hüquqi sənəd deyil, həm də Ulu Öndərin dövlət idarəçiliyi fəlsəfəsini özündə əks etdirən mühüm siyasi irsdir”- bu fikirləri Belediyye.infoya Xəzər rayonu Şüvəlan bələdiyyəsinin sədri Telman Süleymanov deyib.

Sədr qeyds edib ki, bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə bu siyasi xətt uğurla davam etdirilir və Konstitusiyanın prinsipləri ölkənin inkişaf strategiyasının əsasını təşkil edir.

2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi Azərbaycanın dövlətçilik tarixində mühüm hadisədir. Ermənistanın işğalçılıq siyasətinə son qoyulması və ölkəmizin ərazi bütövlüyünün, suverenliyinin bərpa edilməsi Azərbaycan xalqının milli ideyasının əsas məqsədlərindən idi. 2020-ci il sentyabrın 27-də Ermənistanın növbəti təxribatlarına cavab olaraq başlanan, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfər və 2023-cü ilin sentyabrında həyata keçirilmiş lokal antiterror tədbirləri nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü və dövlət suverenliyini tam bərpa edib. Bu qələbələr ölkəmizin tarixində yeni mərhələnin başlanğıcını qoyub.

Bu gün ölkəmiz regionun aparıcı dövləti kimi söz sahibidir.

Belə bir vəziyyətdə  bir yerliözünüidarəetmə qurumu olaraq fəaliyyətimizlə cənab  Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan  bu siyasi xəttə sadiq qalaraq vətəndaş məmnunluğunun təmin edilməsində, ölkəmizdə aparılan quruculuq işlərinə öz töhfəmizi verməliyik.

Biz də bu prioritet istiqaməti əldə rəhbər tutaraq fəaliyyətimizlə qəsəbə sakinlərinə xidmətimizi yüksək səviyyədə davam etdirir və həyata keçirilən layihələrə öz dəstəyimizi göstəririk.

Belediyye.info

 

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər