Telman Süleymanov: “Fəaliyyətimizlə qəsəbə sakinlərinə xidmətimizi yüksək səviyyədə davam etdirir və həyata keçirilərn layihələrə öz dəstəyimizi göstəririk”
“Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan və 1995-ci ildə ümumxalq səsverməsi ilə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizin hüquqi, demokratik və dünyəvi dövlət kimi inkişafının əsasını qoyub. Bu Konstitusiya yalnız hüquqi sənəd deyil, həm də Ulu Öndərin dövlət idarəçiliyi fəlsəfəsini özündə əks etdirən mühüm siyasi irsdir”- bu fikirləri Belediyye.infoya Xəzər rayonu Şüvəlan bələdiyyəsinin sədri Telman Süleymanov deyib.
Sədr
qeyds edib ki, bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə
bu siyasi xətt uğurla davam etdirilir və Konstitusiyanın prinsipləri ölkənin
inkişaf strategiyasının əsasını təşkil edir.
2025-ci
ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi Azərbaycanın dövlətçilik
tarixində mühüm hadisədir. Ermənistanın işğalçılıq siyasətinə son
qoyulması və ölkəmizin ərazi bütövlüyünün, suverenliyinin bərpa edilməsi Azərbaycan
xalqının milli ideyasının əsas məqsədlərindən idi. 2020-ci il sentyabrın 27-də
Ermənistanın növbəti təxribatlarına cavab olaraq başlanan, Müzəffər Ali Baş
Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində
qazanılan tarixi Zəfər və 2023-cü ilin sentyabrında həyata keçirilmiş lokal
antiterror tədbirləri nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü və dövlət
suverenliyini tam bərpa edib. Bu qələbələr ölkəmizin tarixində yeni mərhələnin
başlanğıcını qoyub.
Bu
gün ölkəmiz regionun aparıcı dövləti kimi söz sahibidir.
Belə bir vəziyyətdə bir yerliözünüidarəetmə qurumu olaraq fəaliyyətimizlə cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə
aparılan bu siyasi xəttə sadiq qalaraq vətəndaş
məmnunluğunun təmin edilməsində, ölkəmizdə aparılan quruculuq işlərinə öz töhfəmizi
verməliyik.
Biz də bu prioritet istiqaməti əldə rəhbər tutaraq fəaliyyətimizlə qəsəbə sakinlərinə xidmətimizi yüksək səviyyədə davam etdirir və həyata keçirilən layihələrə öz dəstəyimizi göstəririk.
Belediyye.info
Rəylər
0 Rəy