Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

15-10-2025 , 19:15

1699

Son xəbərlər

Bütün xəbərlər

Bələdiyyələr hara daha çox pul xərcləyir?

Gündəlik Xəbərlər
09-02-2026

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Telman Süleymanov: “Hər bir  bələdiyyə üzv və qulluqçusu  fəaliyyətləri ilə bundan sonra da Azərbaycanın inkişafına öz töhfələrini  verəcəklər"


“2003-cü il oktyabrın 15-də keçirilən Prezident seçkilərində seçicilərin 76 faizindən çoxu İlham Əliyevin lehinə səs verərək onu Azərbaycan Prezidenti seçdi və bununla da Azərbaycanın  inkişafında yeni mərhələ başlandı”- bu fikirləri Belediyye.infoya  Xəzər rayonu Şüvəlan bələdiyyəsinin sədri Telman Süleymanov bidlirib.

Sədr bildirib ki, Prezident İlham Əliyev iyirmi iki illik fəaliyyəti dövründə xalqa verdiyi vədləri bütünlüklə yerinə yetirib. Bu müddət ərzində Azərbaycanın bütün sahələrdə sürətli inkişafına nail olunub, insanların rifahı daha da yaxşılaşıb.

Bununla yanaşı Azərbaycanın siyasi, iqtisadi imkanları genişləndirilib, müasir ordu yaradılıb, ölkənin beynəlxalq arenadakı mövqeləri möhkəmləndirilib. Bu gün regionda reallaşdırılan bütün beynəlxalq, irimiqyaslı layihələr Azərbaycanın iştirakı, onun milli maraqlarının nəzərə alınması ilə həyata keçirilir.

Ən əsası isə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın ərazi bütövlüyü tam təmin edilib.

Bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan iqtisadiyyatı uğurla inkişaf edir, Qarabağda bərpa-quruculuq fəaliyyəti tam gücü ilə davam edir və sosial proqramlar həyata keçirilir. Danilmaz  bir faktdır ki, inkişaf edən qurumlar sırasında Azərbaycan bələdiyyəsi də var. Bu gün bu qurumlar dövlət başçısının yürütdüyü siyasətə nəticəsində xalq tərəfindən tanınır və dəstək verilir.

Bu gün Azərbaycanın hər bir   bələdiyyə üzv və qulluqçusu ölkə başçısının siyasətini  bundan sonra da dəstəkləyəcək və fəaliyyətləri ilə ölkənin inkişafına öz töhfələrini verəcəklər.

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər