Telman Süleymanov: “Hər bir bələdiyyə üzv və qulluqçusu fəaliyyətləri ilə bundan sonra da Azərbaycanın inkişafına öz töhfələrini verəcəklər"
“2003-cü
il oktyabrın 15-də keçirilən Prezident seçkilərində seçicilərin 76 faizindən
çoxu İlham Əliyevin lehinə səs verərək onu Azərbaycan Prezidenti seçdi və
bununla da Azərbaycanın inkişafında yeni
mərhələ başlandı”- bu fikirləri Belediyye.infoya Xəzər rayonu Şüvəlan bələdiyyəsinin sədri
Telman Süleymanov bidlirib.
Sədr
bildirib ki, Prezident İlham Əliyev iyirmi iki illik fəaliyyəti dövründə
xalqa verdiyi vədləri bütünlüklə yerinə yetirib. Bu müddət ərzində Azərbaycanın
bütün sahələrdə sürətli inkişafına nail olunub, insanların rifahı daha da
yaxşılaşıb.
Bununla
yanaşı Azərbaycanın siyasi, iqtisadi imkanları genişləndirilib, müasir
ordu yaradılıb, ölkənin beynəlxalq arenadakı mövqeləri möhkəmləndirilib. Bu gün
regionda reallaşdırılan bütün beynəlxalq, irimiqyaslı layihələr Azərbaycanın
iştirakı, onun milli maraqlarının nəzərə alınması ilə həyata keçirilir.
Ən əsası isə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın
ərazi bütövlüyü tam təmin edilib.
Bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan
iqtisadiyyatı uğurla inkişaf edir, Qarabağda bərpa-quruculuq fəaliyyəti tam
gücü ilə davam edir və sosial proqramlar həyata keçirilir. Danilmaz bir faktdır ki, inkişaf edən qurumlar
sırasında Azərbaycan bələdiyyəsi də var. Bu gün bu qurumlar dövlət başçısının
yürütdüyü siyasətə nəticəsində xalq tərəfindən tanınır və dəstək verilir.
Bu
gün Azərbaycanın hər bir bələdiyyə üzv və qulluqçusu ölkə başçısının siyasətini
bundan sonra da dəstəkləyəcək və fəaliyyətləri ilə ölkənin inkişafına öz töhfələrini verəcəklər.
Belediyye.info
Rəylər
0 Rəy