Zirə bələdiyyəsində "Narkomaniyaya qarşı mübarizə" mövzusunda tədbir keçirilib
“Bələdiyyələrlə iş baş idarəsinin tövsiyəsinə əsasən "Narkomaniyaya qarşı mübarizə" mövzusunda Zirə bələdiyyəsində Zirə qəsəbə Mədəniyyət Mərkəzi, həmçinin yeniyetmə və gənclərin iştirakı ilə tədbir keçirilib”- bu fikirləri Belediyye.infoya adıçəkilən bələdiyyənin sədri Anar Hüseynli deyib.
Sədr
qeyd edib ki, tədbirdə narkomaniyanın cəmiyyət üçün yaratdığı ciddi təhlükələrdən
və onun insan sağlamlığına vurduğu ağır zərərlərdən danışılmış, gənclərin
sağlam həyat tərzini seçməsinin vacibliyini və milli-mənəvi dəyərlərə
bağlılığın bu istiqamətdə mühüm rol oynadığı mövzusunda maarifləndirici söhbətlər
aparılıb.
Tədbirdə
Zirə qəsəbə Mədəniyyət Mərkəzinin bu mövzuda hazırladığı "Təqdir"
adlı qısa metrajlı, maarifləndirici videoçarxı nümayiş etdirilmişdir.
Tədbirin
sonunda videoçarxın ərsəyə gəlməsində əziyyəti olan, rol alan iştirakçıları Zirə
bələdiyyəsi tərəfindən “Fəxri Fərman”la təltif olunublar.
Belediyye.info
Rəylər
0 Rəy