Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

15-10-2025 , 09:15

1484

Son xəbərlər

Bütün xəbərlər

Bələdiyyələr hara daha çox pul xərcləyir?

Gündəlik Xəbərlər
09-02-2026

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Zirə bələdiyyəsində "Narkomaniyaya qarşı mübarizə" mövzusunda tədbir keçirilib

“Bələdiyyələrlə iş baş idarəsinin tövsiyəsinə əsasən "Narkomaniyaya qarşı mübarizə" mövzusunda Zirə bələdiyyəsində Zirə qəsəbə Mədəniyyət Mərkəzi, həmçinin yeniyetmə və gənclərin iştirakı ilə tədbir keçirilib”- bu fikirləri Belediyye.infoya adıçəkilən bələdiyyənin sədri Anar Hüseynli deyib.

Sədr qeyd edib ki, tədbirdə narkomaniyanın cəmiyyət üçün yaratdığı ciddi təhlükələrdən və onun insan sağlamlığına vurduğu ağır zərərlərdən danışılmış, gənclərin sağlam həyat tərzini seçməsinin vacibliyini və milli-mənəvi dəyərlərə bağlılığın bu istiqamətdə mühüm rol oynadığı mövzusunda maarifləndirici söhbətlər aparılıb.

Tədbirdə Zirə qəsəbə Mədəniyyət Mərkəzinin bu mövzuda hazırladığı "Təqdir" adlı qısa metrajlı, maarifləndirici videoçarxı nümayiş etdirilmişdir.

Tədbirin sonunda videoçarxın ərsəyə gəlməsində əziyyəti olan, rol alan iştirakçıları Zirə bələdiyyəsi tərəfindən “Fəxri Fərman”la təltif olunublar.

Belediyye.info



Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər