Nəsib İsmayılov: “Bələdiyyənin yeni layihəsini sakinlər razılıqla qarşılayıblar”
“Son vaxtlar qəsəbədə sahibsiz itlər həddən artıq artmışdı. Qəsəbənin hər yerində küçə itlərini görmək mümkün idi. Sahibsiz küçə itləri həm də yoluxucu xəstəliklərin yayıcılarıdır. Onlar psixoloji olaraq da sakinlərə mənfi təsir edir, insanlarda narahatlıq yaradır”- bu fikirləri Suraxanı rayonu Bülbülə bələdiyyəsinin sədri Nəsib İsmayılov deyib.
Sədr qeyd edib ki, sakinlərin müraciəti və Bülbülə bələdiyyəsinin təşəbbüsü ilə bu
günlərdə qəsəbədə sahibsiz küçə itlərinin yığılması ilə bağlı Balaxanı qəsəbəsində yaradılan “Toplan”
sahibsiz itlərə qayğı mərkəzinə müraciət edilib.
Bələdiyyənin müraciətini diqqətdə saxlayan mərkəzin əməkdaşları
bir gün ərzində qəsəbədə keçirdikləri reyd zamanı 70-ə qədər sahibsiz iti yığaraq mərkəzin
saxlanc yerlərinə aparıblar.
Bələdiyyənin
təşkilatçılğı ilə keçirilən bu tədbiri sakinlər razılıqla qarşılayıblar. Sədr qeyd edib ki, bu gün sahibsiz itlərin Bülbülə qəsəbəsində sakinlərə
real təhlükəsi artıq aradan qaldırılıb.
Qeyd edək ki, “Toplan” sahibsiz itlərə qayğı mərkəzi Heydər Əliyev Fondunun və Bakı Şəhər İcra Hakimiyyətinin sahibsiz itlərlə işin təkmilləşdirilməsi üzrə birgə layihəsi çərçivəsində təsis edilib.
Rəylər
0 Rəy