Əsli Qasımova: “Bələdiyyə ərazisində yerləşən qəbiristanlıqların təmizliyinin qorunması istiqamətində müvafiq tədbirləri bundan sonra da davam etdiriləcəkdir”
“Bələdiyyə tərəfindən ərazidə yerləşən xristian qəbiristanlığında iməcilik təşkil olunub”- bu barədə Belediyye.infoya məlumatı Sumqayıt şəhər, Hacı Zeynəlabdin bələdiyyəsinin sədri Əsli Qasımova deyib.
Xanım sədr qeyd edib ki, iməcilik çərçivəsində qəbiristanlığın
ərazisində təmizlik işləri aparılıb, ətraf ərazidə yaranmış məişət tullantıları
toplanaraq ərazidən çıxarılıb, yaşıllıq sahələrinə və ümumi səliqə-sahmana diqqət
yetirilib.
Sədr qeyd edib ki, qəbiristanlıqlar dini mənsubiyyətindən
asılı olmayaraq mərhumların xatirəsinin qorunduğu, xüsusi hörmət və ehtiram tələb
edən məkanlardır. Bu baxımdan bələdiyyə tərəfindən həyata keçirilən bu cür tədbirlər
ərazinin abad, təmiz və baxımlı vəziyyətdə saxlanılmasına, eləcə də mərhumların
xatirəsinə hörmətin təmin edilməsinə xidmət edir.
Bələdiyyə bundan sonra da ərazisində yerləşən qəbiristanlıqların və digər ictimai məkanların abadlaşdırılması və təmizliyinin qorunması istiqamətində müvafiq tədbirləri davam etdirəcək.
Belediyye.info
Rəylər
0 Rəy