Boradigah bələdiyyəsində sakinlərlə görüş keçirilib
Masallı rayonu, Boradigah bələdiyyəsinin sədri Tünzalə
Qardaşovanın verdiyi məlumata görə, bu gün bələdiyyənin təşkilatçılığı ilə
sakinlərlə görüş keçirilib.
Görüş zamanı bələdiyyənin fəaliyyəti, indiyədək görülmüş işlər,
qarşıda duran vəzifələr və sakinləri narahat edən məsələlər ətrafında geniş
fikir mübadiləsi aparılıb.
Müzakirələrdə əsas diqqət suötürücü kanalların vəziyyətinə,
bələdiyyə torpaqlarının idarə olunmasına, ərazinin sanitar təmizliyinə, abadlıq
və quruculuq məsələlərinə yönəldilib. Sakinlərin müraciət və təklifləri dinlənilib.
Görüşdə Vasif Hüseynov tərəfindən yazılı şəkildə təqdim
edilmiş, bələdiyyə yanında İctimai Nəzarət Şurasının yaradılması təşəbbüsü də
iştirakçıların diqqətinə çatdırılıb.
Təklif həm bələdiyyə rəhbərliyi, həm də görüş iştirakçıları
tərəfindən maraqla qarşılanıb. Tünzalə Qardaşova təşəbbüsün əhəmiyyətini qeyd
edərək, növbəti mərhələdə onun hüquqi və təşkilati baxımdan reallaşdırılması
imkanlarının müzakirə olunacağını və müvafiq addımların atılacağını bildirib.
Bələdiyyə sədrinin sözlərinə görə, vətəndaşların idarəetmə
prosesində fəal iştirakı, konstruktiv təklifləri, eləcə də ictimai nəzarət
mexanizmlərinin gücləndirilməsi bələdiyyə fəaliyyətində şəffaflığın və
hesabatlılığın artırılmasına xidmət edir.
Görüşün sonunda iştirak edən sakinlərə təşəkkür edilib, onların gələcək görüşlərdə də fəal iştirakının vacibliyi vurğulanıb.
Belediyye.info
Rəylər
0 Rəy