Qalib Mirzəyev: “Son iki ildə əmlak vergisinin yığımında 48 faizlik artım müşahidə olunub”
“Cari ildə büdcə gəlirlərinin 22 faizi əmlak vergisindən daxil olub. Səkkiz ay ərzində əldə etdiyimiz 156.890 manatın 34.739 manatı əmlak vergisindən daxil olub. Əmlak vergisinin yığımında isə 2024-cü illə müqayisədə 48 faizlik artım müşahidə olunub. Belə ki, 2024-cü ilin 8 ayı ərzində yığılan 23.414 manata qarşı cari ildə 34.739 manat yığılıb. Bu artım həm vergi xidmətinin fəaliyyətində dönüş yaranması, həm də Bələdiyyələrin Vahid İnformasiya Sisteminin (BVİS) yaratdığı imkanlar hesabına əldə olunub” – bu fikirləri Belediyye.infoya İmişli bələdiyyəsinin sədri Qalib Mirzəyev deyib.
Əldə edilən
vəsaitin 48 faizi bələdiyyə əmlakının
özgəninkiləşdirilməsindən, 13.6 faizi torpaq vergisindən, 15 faizi bələdiyyə əmlakının
icarəsindən, ümumilikdə 532 manatı isə bələdiyyələr tərəfindən xüsusi ayrılmış
torpaq sahəsində stasionar və ya səyyar ticarət, ictmai iaşə və digər xidmətlərə
görə ödənişlərdən daxil olub.
Sədr qeyd
edib ki, əgər vətəndaşın notarial
qaydada əmlakın alqı-satqı zamanı, hətta pay torpaqları da daxil olmaqla, ən azı son 3 ilin borcunu bələdiyyəyə ödənilməsi təmin edilərsə,
habelə sənədsiz əmlakın sənədləşdirilməsi sürətləndirilərsə bələdiyyə büdcəsində
kifayət qədər artım ola bilər.
Yeni istifadəyə
verilən elektron icra sistemindən istifadə etməklə yalnız cari ildə icra probasiya
xidmətinə bələdiyyə iclası tərəfindən təsdiq edilən 51 akt göndərilmişdir.
Sədr qeyd edib ki,atılan hər bir addım bələdiyyə büdcəsinin artmına xidmət edir.
Rəylər
0 Rəy