Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

17-09-2026 , 21:45

85

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Qalib Mirzəyev: “Son iki ildə əmlak vergisinin yığımında 48 faizlik artım müşahidə olunub”


“Cari ildə büdcə gəlirlərinin 22 faizi əmlak vergisindən daxil olub. Səkkiz ay ərzində əldə etdiyimiz 156.890 manatın 34.739 manatı əmlak vergisindən daxil olub.  Əmlak vergisinin yığımında isə 2024-cü illə müqayisədə  48 faizlik artım müşahidə olunub. Belə ki, 2024-cü ilin 8 ayı ərzində yığılan  23.414 manata qarşı cari ildə  34.739 manat yığılıb.  Bu artım həm vergi xidmətinin fəaliyyətində dönüş yaranması, həm də Bələdiyyələrin Vahid İnformasiya Sisteminin (BVİS) yaratdığı imkanlar hesabına əldə olunub” – bu fikirləri Belediyye.infoya İmişli bələdiyyəsinin sədri Qalib Mirzəyev deyib.

Əldə edilən vəsaitin 48 faizi  bələdiyyə əmlakının özgəninkiləşdirilməsindən, 13.6 faizi torpaq vergisindən, 15 faizi bələdiyyə əmlakının icarəsindən, ümumilikdə 532 manatı isə bələdiyyələr tərəfindən xüsusi ayrılmış torpaq sahəsində stasionar və ya səyyar ticarət, ictmai iaşə və digər xidmətlərə görə ödənişlərdən daxil olub.

Sədr qeyd edib ki, əgər vətəndaşın  notarial qaydada əmlakın alqı-satqı zamanı, hətta  pay torpaqları da  daxil olmaqla, ən azı son 3 ilin borcunu  bələdiyyəyə ödənilməsi təmin edilərsə, habelə sənədsiz əmlakın sənədləşdirilməsi sürətləndirilərsə bələdiyyə büdcəsində kifayət qədər artım ola bilər.

Yeni istifadəyə verilən elektron icra sistemindən istifadə etməklə yalnız cari ildə icra probasiya xidmətinə bələdiyyə iclası tərəfindən təsdiq edilən 51 akt göndərilmişdir.

Sədr qeyd edib ki,atılan hər bir  addım  bələdiyyə büdcəsinin artmına xidmət edir. 

Belediyye.info


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Sədr qəbul keçirib

Region
12-06-2026
1456