Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

03-07-2026 , 20:04

81

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Abuzər Mehdiyev: “Sakinlərin müraciəti əsasında 450 metlik əraziyə asfalt salınmışdır”

“Bu gün Şərəfə bələdiyyəsinin DSMF-yə hər hansı borcu yoxdur. Bizim məqsədimiz bələdiyyənin yerlərdə çəki və nüfuzunu artırmaqdır. Fəaliyyətimiz məhz ona köklənib” – bu fikirləri Belediyye.infoya Masallı rayonu, Şərəfə bələdiyyəsinin sədri Abuzər Mehdiyev deyib.

Sədr qeyd edib ki, əldə edilən vergilər hesabına, o cümlədən kənd sakinlərinin dəstəyi ilə bələdiyyənin inzibati ərazisinə aid edilən kəndlərdə çoxsaylı layihələr icra olunub.

Bu günlərdə kəndlərin birində sakinlərin müraciəti əsasında 450 metlik əraziyə asfalt salınmışdır. Əvvəlcə ərazi hazırlanmış, sonra isə standarta uyğun olaraq  əraziyə asfalt salınmışdır.

Sədr qeyd edib ki, bələdiyyə olaraq daim sakinlərlə keçirilən görüşlərdə qaldırılan məsələlər bələdiyyə iclasında müzakirəyə çıxarılaraq həlli ilə bağlı addım atılır.

Xatırladaq ki, Şərəfə bələdiyyəsinin 13 nəfər üzvü var və  2025-ci ilin yanvarında keçirilən seçkilərdən sonra Qarğalıq, Səmədxanlı və Şərəfə bələdiyyələri birləşdirilərək Şərəfə bələdiyyəsi formalaşdırılmışdır.

Hazırda Şərəfə bələdiyyəsinə  Ağakişibəyli, Alışanlı, Birinci Səmədxanlı, Dəlləkli, Əminli, Ətcələr, Xallıcalı, İkinci Səmədxanlı, Kürdəbazlı, Qarğalıq, Qədirli, Şəhriyar və Şərəfə kəndləri daxildir.

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Sədr qəbul keçirib

Region
12-06-2026
777