Abuzər Mehdiyev: “Sakinlərin müraciəti əsasında 450 metlik əraziyə asfalt salınmışdır”
“Bu gün Şərəfə bələdiyyəsinin DSMF-yə hər hansı borcu yoxdur. Bizim məqsədimiz bələdiyyənin yerlərdə çəki və nüfuzunu artırmaqdır. Fəaliyyətimiz məhz ona köklənib” – bu fikirləri Belediyye.infoya Masallı rayonu, Şərəfə bələdiyyəsinin sədri Abuzər Mehdiyev deyib.
Sədr qeyd edib ki, əldə edilən vergilər hesabına, o cümlədən kənd sakinlərinin dəstəyi ilə bələdiyyənin inzibati ərazisinə aid edilən kəndlərdə çoxsaylı layihələr icra olunub.
Bu günlərdə
kəndlərin birində sakinlərin müraciəti əsasında 450 metlik əraziyə asfalt salınmışdır.
Əvvəlcə ərazi hazırlanmış, sonra isə standarta uyğun olaraq əraziyə asfalt salınmışdır.
Sədr qeyd
edib ki, bələdiyyə olaraq daim sakinlərlə keçirilən görüşlərdə qaldırılan məsələlər
bələdiyyə iclasında müzakirəyə çıxarılaraq həlli ilə bağlı addım atılır.
Xatırladaq
ki, Şərəfə bələdiyyəsinin 13 nəfər üzvü var və
2025-ci ilin yanvarında keçirilən seçkilərdən sonra Qarğalıq, Səmədxanlı
və Şərəfə bələdiyyələri birləşdirilərək Şərəfə bələdiyyəsi formalaşdırılmışdır.
Hazırda Şərəfə bələdiyyəsinə Ağakişibəyli, Alışanlı, Birinci Səmədxanlı, Dəlləkli, Əminli, Ətcələr, Xallıcalı, İkinci Səmədxanlı, Kürdəbazlı, Qarğalıq, Qədirli, Şəhriyar və Şərəfə kəndləri daxildir.
Belediyye.info
Rəylər
0 Rəy