Bələdiyyə sədri fənn olimpiadasında yer tutan şagirdlə görüşüb
“Şabran rayonu, Ağalıq Bələdiyyəsi adından, Elman Mütəllimov adına Ağalıq kənd tam orta məktəbinin 8-ci sinif şagirdi Zəhra Həşimzadə Raci qızını Respublika Fənn Olimpiadasında coğrafiya fənni üzrə qazandığı III yer münasibətilə ürəkdən təbrik edirik”-bu fikirləri adəçəkilən bələdiyyənin sədri Elnur Beybalayev deyib.
Sədr qeyd edib ki, “Zəhranın əldə etdiyi bu nailiyyət onun zəhmətinin,
məqsədyönlü fəaliyyətinin, dərslərinə olan məsuliyyətli yanaşmasının və daim öz
üzərində çalışmasının bariz nəticəsidir. Bu uğur yalnız bir şagirdin qələbəsi
deyil, eyni zamanda kənd məktəblərində yetişən istedadlı gənclərin
potensialının göstəricisidir.
Eyni zamanda, bu uğurda xüsusi rolu olan coğrafiya müəllimi
Ülvi Orucova dərin təşəkkürümüzü bildiririk. Onun şagirdlərə fərdi yanaşması,
peşəkarlığı, verdiyi bilik və motivasiya Zəhranın bu nəticəni əldə etməsində
mühüm rol oynamışdır. Müəllimin zəhməti və əzmi sayəsində şagirdlərin bilik və
bacarıqları daha da inkişaf edir, onların gələcək uğurlarına möhkəm zəmin
yaradılır.
İnanırıq ki, Zəhra Həşimzadə bundan sonra da təhsil həyatında
yeni nailiyyətlər qazanacaq, daha böyük zirvələr fəth edəcək və məktəbini
layiqincə təmsil etməyə davam edəcəkdir.
Bir daha Zəhranı və onun müəllimi Ülvi Orucovu səmimi qəlbdən təbrik edir, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayırıq!”
Belediyye.info
Rəylər
0 Rəy