Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

30-04-2026 , 10:51

131

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Bələdiyyə sədri fənn olimpiadasında yer tutan şagirdlə görüşüb

“Şabran rayonu, Ağalıq Bələdiyyəsi adından, Elman Mütəllimov adına Ağalıq kənd tam orta məktəbinin 8-ci sinif şagirdi Zəhra Həşimzadə Raci qızını Respublika Fənn Olimpiadasında coğrafiya fənni üzrə qazandığı III yer münasibətilə ürəkdən təbrik edirik”-bu fikirləri adəçəkilən bələdiyyənin sədri Elnur Beybalayev deyib.

Sədr qeyd edib ki, “Zəhranın əldə etdiyi bu nailiyyət onun zəhmətinin, məqsədyönlü fəaliyyətinin, dərslərinə olan məsuliyyətli yanaşmasının və daim öz üzərində çalışmasının bariz nəticəsidir. Bu uğur yalnız bir şagirdin qələbəsi deyil, eyni zamanda kənd məktəblərində yetişən istedadlı gənclərin potensialının göstəricisidir.

Eyni zamanda, bu uğurda xüsusi rolu olan coğrafiya müəllimi Ülvi Orucova dərin təşəkkürümüzü bildiririk. Onun şagirdlərə fərdi yanaşması, peşəkarlığı, verdiyi bilik və motivasiya Zəhranın bu nəticəni əldə etməsində mühüm rol oynamışdır. Müəllimin zəhməti və əzmi sayəsində şagirdlərin bilik və bacarıqları daha da inkişaf edir, onların gələcək uğurlarına möhkəm zəmin yaradılır.

İnanırıq ki, Zəhra Həşimzadə bundan sonra da təhsil həyatında yeni nailiyyətlər qazanacaq, daha böyük zirvələr fəth edəcək və məktəbini layiqincə təmsil etməyə davam edəcəkdir.

Bir daha Zəhranı və onun müəllimi Ülvi Orucovu səmimi qəlbdən təbrik edir, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayırıq!”

Belediyye.info



Rəylər

0 Rəy


Rəy yaz