Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

18-04-2026 , 00:07

124

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

İradə Ağayeva: “Bələdiyyəyə müraciət edən hər bir vətəndaşı məmnun yola salmaq üçün var gücümüzlə çalışırıq

“Birləşdirmə nəticəsində bələdiyyənin əhatə etdiyi ərazinin və əhalinin sayı bir xeyli artmış oldu. Bu addımın atılması bir tərəfdən maliyyənin təmərküzləşməsinə, digər tərəfdən də bələdiyyənin xərclərinnin azalmasına öz müsbət təsirini göstərmiş oldu. Üç bələdiyyənin  Hişkədərə, Miyanku və Tüklə bələdiyyələrinin birləşdirilməsindən formalaşan  Hişkədərə bələdiyyəsi  özündə səkkiz kəndi Birinci Tiyaqanı, Hişkədərə, Kubin, Məmmədoba, Mişkəmi, Miyanku, Nəzəroba və Tüklə kəndlərini əhatə edir. Birləşdirmə həm də yeni formalaşan bələdiyyələrin seçici qarşısında məsuliyyət yükünü bir xeyli artırmış oldu”- bu fikirləri Belediyye.infoya Masallı rayonu, Hişkədərə bələdiyyəsinin sədri İradə Ağayeva deyib.

Sədrin sözlərinə görə, hazırda bələdiyyənin əsas məqsədi vergi daxilolmalarının həcmini artırmaqdır. Bunun üçün 13 nəfər üzvü olan Hiskədərə bələdiyyəsi var qüvvəsi ilə çalışır.

Əldə olunan nəticədə məhz bu fəaliyyət sayəsində əldə olunub. Bələdiyyənin 2025-ci ildə birinci rübündəki fəaliyyəti nəticəsində bələdiyyə büdcəsinə 1.422 manat vəsait daxil olmuşdur. Əldə olunan vəsaitin 150 manatı əmlak, 210 manatı torpaq, 637 manatı bələdiyyə mülkiyyətinin özgəninkiləşdirlməsindən əldə olunmuşdu.

Cari ili birinci rübündə  isə artım kifayət qədər olub. Belə ki,  əmlak vergisindən 2.651 manat, 2.193 manat torpaq vergisindən, bələdiyyə mülkiyyətinin özgəninkiləşdirilməsindən 3.637 manat, bələdiyyə mülkiyyətinin icarəsindən 3.852 manat daxil olub. Bununla yanaşı rüb ərzində bələdiyyəyə 67 manat ianə edilib. Ümumilikdə rüb ərzində bələdiyyə büdcəsinə 12.400 manat vəsait daxil olub.   Ötən ildən qalan qalığı, yəni 7.171 manatı əlavə etmiş olasaq onda ümumi olaraq bələdiyyə büdcəsində rüb ərzində 9.574 manat vəsait olub.

Rüb ərzində daxil olan vəsaitin 6.808 manatı bələdiyyə ərazisinə daxil olan kəndlərin məhəllə daxili yolların təmiri və ərazilərdə aparılan abadlıq-quruculuq işlərinə ayrılıb. Bununla yanaşı rüb ərzində əhalinin həssas qruplarına 580 manat həcmində maddi yardım da göstərilib.

Bu gün bələdiyyə BAMS proqramının verdiyi imkanlardan istifadə etməklə büdcə gəlirlərini daha da artırmaq niyyətindədir. Bələdiyyəyə müraciət edən hər bir vətəndaşı məmnun yola salmaq üçün var gücümüzlə çalışırıq.

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər