Bədi Məmmədova: “Borclarla üz-üzə qaldığımız bir şəraitdə fəaliyyət göstərmək olduqca çətindir”
“Fəaliyyətimiz bələdiyyənin inkişafına naminə, vətəndaş məmnunluğunun təmin edilməsinə, seçiciləri qarşısında çəki və nüfuzun artırılmasına yönəlib. Son bir ildəki fəaliyyətə qısa bir nəzər yetirsək DSMF və digər borclarla üz-üzə qaldığımız bir şəraitdə fəaliyyət göstərmək, üstəlik müəyyən layihələri icra etmək olduqca çətindir” bu fikirləri Astara bələdiyyəsinin sədri Bədi Məmmədova deyib.
Sədr
qeyd edib ki, 2025-ci il yanvar seçkilərindən
sonra Astara bələdiyyəsinə Rudəkənar bələdiyyəsi birləşdirildi. Bu gün bələdiyyənin
ərazisində Astara şəhəri ilə yanaşı, həmçinin Qapıçıməhəllə, Məsçitməhəllə, Rudəkənar,
Seləkəran, Suparibağ kəndləri də daxildir.
Bütün
çətinliklərə baxmaytaraq bələdiyyə bu gün ayaqdadır. Birləşdirilən kəndlərdə məhəllədaxili
yollarda cari təmir işlərinin aparılması, ərazilərin mövcud olan bərk məişət tullantılarında təmizlənməsi,
xüsusəndə mövcud qəbirstanlıqlarda təmizlik işlərinin aparılması həyata
keçirilmiş və bu ərazilər daim bələdiyyənin diqqət mərkəzindədir.
Bununla
yanaşı bir çox ərazilərə ən müasir zibil qabılarının qoyulmasını da sakinlər
razılıqla qarşılamışdır.
Astara
bələdiyyəsi fəaliyyətində şəhid, qazi və aztəminatlı ailələri unutmur, daim bu
ailələr ziyarət olunur və onları narahat edən məsələlər dinlənilir və bələdiyyədən
asılı olanlar dərhal öz həllinin tapır. Bunun yanaşı şəhidlərin əziz xatirəsinə
abidə kompleksinin də açılışı həyata keçirilmişdir.
Sədr
qeyd edib ki, ümumi rayon üzrə formlaşdırılan 15 bələdiyyənin ötən il ərzində
büdcə gəlirlərində 22 fazilik artımın olması qənaətbxəş sayıla bilməz. Bu gün bələdiyyənin
vergi xidməti BAMS proqramının verdiyi imkanlardan istifadə edərək büdcə gəlirlərini
artırmağa çalışır. Bu gün vergi xidmətinin əsas vəzifəsi bələdiyyənin əvvəlki
illərdə yaradılmış borclarını bağlamaqdır. Bələdiyyənin kollektivi inanır ki,
tezliklə bu borcları bağlamaqla sakinlərə göstərilən xidmət səviyyəsini də
artıracağıq.
Belediyye.info
Rəylər
0 Rəy