Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

15-04-2026 , 19:07

230

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

 Bədi Məmmədova: “Borclarla üz-üzə qaldığımız bir şəraitdə fəaliyyət göstərmək olduqca çətindir”

“Fəaliyyətimiz bələdiyyənin inkişafına naminə, vətəndaş məmnunluğunun təmin edilməsinə, seçiciləri qarşısında çəki və nüfuzun artırılmasına yönəlib. Son bir ildəki fəaliyyətə qısa bir nəzər yetirsək DSMF və digər  borclarla üz-üzə qaldığımız bir şəraitdə fəaliyyət göstərmək, üstəlik müəyyən layihələri icra etmək olduqca çətindir” bu fikirləri Astara bələdiyyəsinin sədri Bədi Məmmədova deyib.

Sədr qeyd edib ki,  2025-ci il yanvar seçkilərindən sonra  Astara bələdiyyəsinə  Rudəkənar bələdiyyəsi birləşdirildi. Bu gün bələdiyyənin ərazisində Astara şəhəri ilə yanaşı, həmçinin Qapıçıməhəllə, Məsçitməhəllə, Rudəkənar, Seləkəran, Suparibağ kəndləri də daxildir.

Bütün çətinliklərə baxmaytaraq bələdiyyə bu gün  ayaqdadır. Birləşdirilən kəndlərdə məhəllədaxili yollarda cari təmir işlərinin aparılması, ərazilərin  mövcud olan bərk məişət tullantılarında təmizlənməsi, xüsusəndə mövcud qəbirstanlıqlarda təmizlik işlərinin aparılması həyata keçirilmiş və bu ərazilər daim bələdiyyənin diqqət mərkəzindədir.

Bununla yanaşı bir çox ərazilərə ən müasir zibil qabılarının qoyulmasını da sakinlər razılıqla qarşılamışdır.

Astara bələdiyyəsi fəaliyyətində şəhid, qazi və aztəminatlı ailələri unutmur, daim bu ailələr ziyarət olunur və onları narahat edən məsələlər dinlənilir və bələdiyyədən asılı olanlar dərhal öz həllinin tapır. Bunun yanaşı şəhidlərin əziz xatirəsinə abidə kompleksinin də açılışı həyata keçirilmişdir.

Sədr qeyd edib ki, ümumi rayon üzrə formlaşdırılan 15 bələdiyyənin ötən il ərzində büdcə gəlirlərində 22 fazilik artımın olması qənaətbxəş sayıla bilməz. Bu gün bələdiyyənin vergi xidməti BAMS proqramının verdiyi imkanlardan istifadə edərək büdcə gəlirlərini artırmağa çalışır.  Bu gün  vergi xidmətinin əsas vəzifəsi bələdiyyənin əvvəlki illərdə yaradılmış borclarını bağlamaqdır. Bələdiyyənin kollektivi inanır ki, tezliklə bu borcları bağlamaqla sakinlərə göstərilən xidmət səviyyəsini də artıracağıq.

Belediyye.info

 

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər