Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

05-04-2026 , 11:14

380

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Qüdrət Kazımov: “Bu layihənin icrası yalnız maddi dəstək deyil, həm də mənəvi borcun bir ifadəsidir”

“Sosial həssas təbəqəyə göstərilən diqqət və qayğı çərçivəsində daha bir nümunəvi addım atılıb. Belə ki, aztəminatlı ailədən olan Vətən müharibəsi qazisi Babayev Elvin  Həmzə oğlunun İsmayıllı bələdiyyəsinə müraciəti əsasında yerli bələdiyyə tərəfindən ailə üçün hamam tikintisinə lazımi köməklik göstərilib. Bu təşəbbüs həm sosial dəstəyin gücləndirilməsi, həm də qazi ailələrinə göstərilən diqqət və qayğının  bariz nümunəsi kimi qiymətləndirilə bilər”- bu fikirləri adıçəkilən bələdiyyənin sədri Qüdrət Kazımov deyib.

Sədr qeyd edib ki, qazinin müraciətində  ailəsi uzun müddət məişət şəraitinin çətinliyi ilə üzləşdiyini bildirib. Bələdiyyə tərəfindən ayrılan vəsait və təşkilati dəstək hesabına qazi ailəsi üçün  müasir standartlara cavab verən hamam otağı inşa edilib. Tikinti işləri qısa müddətdə, keyfiyyətlə və ailənin ehtiyacları nəzərə alınaraq həyata keçirilib.

Sədr xüsusilə vurğulayıb ki, bələdiyyə tərəfindən  şəhid və qazi ailələri, eləcə də Vətən müharibəsi iştirakçılarının qayğıları daim diqqətdə saxlanılır və mövcud imkanlar daxilində bu istiqamətdə görülən işlər davamlı xarakter daşıyır. Belə layihələr yalnız maddi dəstək deyil, həm də mənəvi borcun bir ifadəsidir.

Qazinin ailə üzvləri göstərilən diqqət və qayğıya görə dərin minnətdarlıqlarını ifadə ediblər.

Belediyye.info



Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər