“Hazırda əsas məqsədimiz sakinlərin problemlərini dinləmək və qaldırılan məsələlərin həlli ilə bağlı addım atmaqdır”- bu fikirləri Şabran rayonu, Pirəbədil bələdiyyəsinin sədri Atabala Şeydayev deyib.
Sədr qeyd edib ki, cari ildə həyata keçirilən layihələrin hər biri - Ağbaş, Əmirxanlı və Vələsli kəndinin daxili yollarında cari təmir işlərinin aparılması məhz sakinlərin təşəbbüsü ilə həyata keçirilib.
Sədr bildirib ki, sakinlərin qaldırdığı problemlər bələdiyyədə yaradılmış işçi
qrupu tərəfindən yerində araşdırılır və bələdiyyə iclasına müzakirəyə
çıxarılır. Qərar verildikdən sonra layihənin icrasına
başlanılır.
Sədr qeyd edib ki, layihələr əsasən bələdiyyənin təsis etdiyi “Uğur Pirəbədil”
MMC tərəfindən icra olunur. Müəssisənin texniki təminatı üçün bələdiyyə yanvar
ayı ərzində əldə etdiyi maliyyə vəsaiti ilə təsis etdiyi müəssisənin balansına
çoxfunksiyalı “DT-75” traktoru alaraq təhvil
verib. Müəssisəni inkişaf etdirməkdə bələdiyyənin məqsədi yerli büdcəyə
dayanıqlı və sabit maliyyə vəsaitinin daxil olmasına şərait yaratmaqdır.
Xatırladaq ki, bələdiyyənin 13 üzvü və 17 nəfər bələdiyyə
qulluqçusu var. İrili-xırdalı 38 kəndi əhatə
edən bələdiyyənin ərazisində isə 10 min nəfərdən artıq sakin yaşayır.
Belediyye.info
Rəylər
0 Rəy