Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

10-08-2023 , 13:08

3158

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

 Bələdiyyə-icra münasibətlərində  Səbail təcrübəsi

Ötən müəllif yazımda  icra başçılarının iştirak etdiyim səyyar görüşlərinə müqayisəli şəkildə toxunmuşdum. Bir daha təkrar edim ki, əhalinin narahatlığının aradan qaldırılmasında bu tipli görüşlərin əhəmiyyəti danılmazdır. Bütün hallarda isə bizim istəyimiz bu görüşlərin forma və məzmununa bir qədər əlavə rəng qatılmasına, müəyyən mənada təşəbbüskarlığın artırılmasına, o cümlədən əhalini narahat edən məsələlərin operaitv həlliylə bağlı yeniliklərin tətbiqinə nail olmaqdır. Bununla yanaşı görüşlərin vaxtı və keçiriləcəyi yeri barədə məlumatların bəzi RİH-lər tərəfindən sosial  media  və intenet resurs üzərindən paylaşılması artıq “məxvilik buzunun” əridiyindən xəbər verir. Düzdür, istər paytaxtın, istərsə də region RİH-lərin bir çoxu səyyar görüşlər barəsində məlumatı bu gün gizli saxlamağa üstünlük versələr də, gec-tez onlarda bununla bağlı açıqlamaları paylaşmağa məcbur olacaqlar.

Yuxarıda qeyd etdiyim yazıda görüşlərdə iştirakımın əsas məqsədimi də açıqlamışdım. Səyyar görüşlərdə bələdiyyə-icra münasibətlərinin hansı səviyyədə olduğunu müəyyən etmək olur. 

Bu yazıda isə iştirak etdiyim görüşlərin biri diqqətimi çəkdiyindən onun barəsində öz fikir və mülahizələrimi bir qədər geniş şəkildə oxucularımla bölüşmək istərdim.  

 ***

Bu günlərdə Səbail RİH-in yaydığı məlumatda deyilirdi ki, icra başçısının növbəti səyyar görüşü  20 ci yaşayış massivində olan “Veteranlar parkında” keçiriləcək. Hər kəs dəvətlidir. 

Görüşün başlamasına yarım saat qalmış artıq parkda idim. Kommunal xidmət sahəsində çalışan işçilər ərazidə təmizlik işləri aparır, səliqə-səhman yaradırdılar. Hiss olunurdu ki, görüşə maraq var. Vaxt daraldıqca əraziyə xidmət sahələrinin rəsmiləri, RİH-in struktur bölmələrinin  rəhbərlərı ard-arda gəlməyə balşadı. Görüşə gələn sakinlərində sayı da  artırdı. Hiss olunurdu ki, sözlü idilər. 

Nəhayət, icra başçısı Vüqar Zeynalov kömandasının üzvləri və sağ tərəfindən isə  Səbail bələdiyyəsinin sədri Hacı Əliyev olmaqla vaxtından əvvəl görüşə  gəldilər. İcra başçısı sakinlərlə  salamaşıb, birbaşa mətləbə keçdi: “Buyurun, hər birinzi eşidirəm”.  Hətta yaşlı bir sakinin “Vüqar müəllim, Sizdən bir xahişim var” fikrinə, icra başçısının “ bir yox, iki xahişinizi eşitməyə hazıram, ağsaqqal, buyurun” deməsi deyərdim tək ağsaqqalın deyil, digər sakinlərində ürəyindən xəbər vermiş oldu.

Bağdakı irigövdəli ağacın kölgəsində keçirilən görüş öz axarıyla davam edirdi.  Müraciətlərin arası kəsilmirdi. Küçələrin işıqlandırılmasından başlamış, asfalt vurulmasınadək olan məsələlər qaldırılır siyasi rəhbər isə bütün məsələlərin həlliylə bağlı öz tövsiyələrini verirdi. Diqqətdən kənarda heç kəs qalmırdı. İki saata yaxın davam edən görüşün sonunda sakinlərlə xudahafizləşib, bayaqdan parkda dim-dik dayanan kommunal  təsərrüfatının xanım işçiləriylə də görüşməyi unutmadı. Belə başa düşüldü ki, onlarla ayrıca görüşüb fəaliyyətləri də qiymətləndiriləcəkdir. 

Hər halda  siyasi rəhbər bütün tərəfləri razı sala bilmişdi. 


***

Bu arada əlavə edim ki, Səbail bələdiyyəsi paytaxtın mərkəz bələdiyyəsi olaraq yalnız, 2014-cü il seçkilərindən sonra ümidləri döğrultmağa başlayıb. Etiraf edilməlidir ki, on beş il ərzində bələdiyyənin fəaliyyəti hiss edilməyib. İş o yerə çatmışdı ki, bələdiyyəyə rəhbərlik edənlərin bir qisminə qarşı hətta cinayət işi açılmışdı. 

Beləliklə, yalnız son iki seçkidə formalaşan Səbail  bələdiyyəsinin üzvləri onlara səs vermiş seçicilərin, o cümlədən ölkənin birinci şəxsinin etimadını döğrulmağa başlayıb. Bu işdə isə RİH rəsmilərinin də xüsusi xidmətinin olmasını inkar etmək olmaz.  Bu gün bələdiyyə sədrinin  icra başçısıyla ilə birgə hərəkət etməsi, habelə rayonda formalaşan digər iki  bələdiyyənin fəaliyyətinə dəstək verməsi Səbail bələdiyyəsinin bütün kollektivinin həm də uğuru hesab etmək olar. Hər halda öz fəaliyyətiylə Hacı Əliyev bələdiyyə barəsində əvvəllər yaranmış neqativi aradan qaldırmaqla yaddaqalan bir iş görüb. 


***        

Beləliklə, səyyar qəbuldan sonra Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov, RİH başçısının müavinləri, Səbail RİHBA-nın məsul əməkdaşları və bələdiyyə sədrləri Vətən müharibəsi şəhidləri Qurbanov Murad Asif oğlu və Qənbərov Bilal Xanlar oğlunun ailə üzvlərini ziyarət etdilər. Xoş təsadüfdən məndə o görüşün iştirakçısı oldum və bütün söhbətlərə bir növ şahidlik etdim. 

Etiraf edim ki, siyasi rəhbərin tutduğu mövqeyə,  habelə şəhid anasının fikirlərinə heyran qaldım.  44 günlük Vətən müharibəsi günlərində yeganə oğlunu itrisə də, gözü-könülü tox  əsilzadə ananın səsləndirdiyi fikirləriylə, digərlərinə təsəlli verməsiylə əsil Azərbaycan xanımına xas olan cəhətlərini bir daha nümayiş etdirmiş oldu.  Əslində daxilən nələr çəkdiyini bir kimsəyə hiss etdirməyən şəhid anası bu danışığı və davranışı ilə həm də ətrafda olan gənclərə də bir örnək oldu.

***

Görüşdən xoş təəssüratla ayrılıram. Onu da etiraf edim ki, səyyar qəbulun, sonra isə şəhid ailələriylə görüşün belə yüksək təşkilatçılıqla keçiriləcəyini düşünmürdüm. Siyasi rəhbərin ürəkli danışığı, rayonun bütün küçə və meydanlarındakı ən xırda problemdən xəbərdar olması diqqətimi çəkdi. Görüşlərdə iştirak edən bələdiyyə sədrləriylə tərəfdaş orqanın təmsilçisi kimi danışması, hər kəslə danışıqda subardinasiya qaydalarına ciddi şəkildə əməl etməsi, ən əsası isə ortaya səmimiyyət qoyması hər halda siyasi rəhbərin zəngin təcrübəsindən xəbər verirdi. 

Onu da deməliyəm ki, siyasi rəhbərin xarakerindəki sadaladığım bu keyfiyyətlər görüşdə qarşlaşdığım nəzərəçarpan çatışmazlıqları da aradan qaldırmış oldu. 

Son olaraq belə qənaətə gələ bilərəm ki, Səbail rayonunda bələdiyyə-icra münasibətləri hər iki tərəfin dəstəyi ilə artıq təcrübəsi yayıla biləcək səviyyəyə çatıb. Düşünmək olar ki, bu təcrübə tərəflərin fəaliyyətiylə bundan sonra  daha da təkmilləşdiriləcəkdir. 

Bizə isə bu işdə onlara yalnız uğurlar arzulamaq qalır.

Vüqar Tofiqli



Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Binəqədi rayonunda ağacəkmə aksiyası keçirilib 

Gündəlik Xəbərlər
23-10-2024
294

Bələdiyyələrin sayı 684-ə endirilir

Gündəlik Xəbərlər
18-10-2024
418

1100 bələdiyyənin 8 milyon borcu var - PA

Gündəlik Xəbərlər
11-10-2024
418

Bələdiyyələrin birləşməsi ilə bağlı yeni QANUN

Gündəlik Xəbərlər
10-10-2024
659

Bələdiyyələr qrant ala biləcək

Gündəlik Xəbərlər
05-10-2024
564