Xanım bələdiyyə sədrləri “Yerli İdarəetmədə Qadınlar Zirvəsi” adlı Beynəlxalq tədbirdə iştirak ediblər
Türkiyə Respublikası Ədalət və İnkişaf Partiyasının (AK Partiyası) Qadınlar Komissiyasının sədri Tuğba Işık Ercanın dəvəti və Azərbaycan Bələdiyyələrinin Milli Assosiasiyalarının dəstəyi ilə ölkə bələdiyyələrini təmsil edən qadın bələdiyyə sədrləri 04-06 dekabr 2025-ci il tarixlərində Türkiyənin İstanbul şəhərində keçirilmiş “Yerli İdarəetmədə Qadınlar Zirvəsi” Beynəlxalq Sammitdə iştirak ediblər. Tədbirdə Türkiyə Respublikasının Prezidenti Cənab Rəcəb Tayyib Ərdoğan çıxış edərək təbrik və arzularını qonaqlara çatdırıb.
Beynəlxalq tədbirdə ölkəmizi Suraxanı rayonu, Zığ bələdiyyəsinin sədri, Şəhid baş leytenant Qoşqar Aslanovun həyat yoldaşı Arzu Aslanova və Naxçıvan Muxtar Respublikası, Culfa bələdiyyəsinin sədri Elza Hüseynli təmsil ediblər. Onlar Sammit çərçivəsində planlaşdırılmış bütün tədbirlərdə fəal iştirak ediblər və panel müzakirələrdə çıxış ediblər.
Bu nüfuzlu tədbirdə dünyanın müxtəlif ölkələrini təmsil edən qadın liderlər, bələdiyyə sədrləri və digər nümayəndələr faydalı müzakirələr aparıblar. Üç gün davam edən Sammitdə bütün təmsilçilər üçün təcrübə mübadiləsi, qarşılıqlı əməkdaşlığın gücləndirilməsi, qadınların şəhərlərin və yerli idarəetmənin inkişafındakı mühüm rolunun nümayiş etdirilməsinə geniş şərait yaradılıb.
Tədbirin sonda çıxışçılar təşəkkürnamə ilə mükafatlandırılıblar.
Rəylər
0 Rəy