Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

12-12-2025 , 10:21

766

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

Xanım bələdiyyə sədrləri “Yerli İdarəetmədə Qadınlar Zirvəsi” adlı Beynəlxalq tədbirdə iştirak ediblər



Türkiyə Respublikası Ədalət və İnkişaf Partiyasının (AK Partiyası) Qadınlar Komissiyasının sədri Tuğba Işık Ercanın dəvəti və Azərbaycan Bələdiyyələrinin Milli Assosiasiyalarının dəstəyi ilə ölkə bələdiyyələrini təmsil edən qadın bələdiyyə sədrləri  04-06 dekabr 2025-ci il tarixlərində Türkiyənin İstanbul şəhərində  keçirilmiş “Yerli İdarəetmədə Qadınlar Zirvəsi” Beynəlxalq Sammitdə iştirak ediblər. Tədbirdə Türkiyə Respublikasının Prezidenti Cənab Rəcəb Tayyib Ərdoğan çıxış edərək təbrik və arzularını qonaqlara çatdırıb.

Beynəlxalq tədbirdə ölkəmizi Suraxanı rayonu, Zığ bələdiyyəsinin sədri, Şəhid baş leytenant Qoşqar Aslanovun həyat yoldaşı Arzu Aslanova və Naxçıvan Muxtar Respublikası, Culfa bələdiyyəsinin sədri Elza Hüseynli təmsil ediblər. Onlar Sammit çərçivəsində planlaşdırılmış bütün tədbirlərdə fəal iştirak ediblər və panel müzakirələrdə çıxış ediblər.

Bu nüfuzlu tədbirdə dünyanın müxtəlif ölkələrini təmsil edən qadın liderlər, bələdiyyə sədrləri və digər nümayəndələr faydalı müzakirələr aparıblar. Üç gün davam edən Sammitdə bütün təmsilçilər üçün təcrübə mübadiləsi, qarşılıqlı əməkdaşlığın gücləndirilməsi, qadınların şəhərlərin və yerli idarəetmənin inkişafındakı mühüm rolunun nümayiş etdirilməsinə geniş şərait yaradılıb.

Tədbirin sonda çıxışçılar təşəkkürnamə ilə mükafatlandırılıblar.





Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

“Onu bir aydan sonra vəzifəsindən çıxartmışam”

Gündəlik Xəbərlər
06-01-2026
817

JEK"lər ləğv edilməyək.....

Gündəlik Xəbərlər
05-01-2026
677

Söz versə də,...

Gündəlik Xəbərlər
30-12-2025
1108

Bu gün Prezidentin doğum günüdür

Gündəlik Xəbərlər
24-12-2025
1029

Mədəni irsin qorunması ilə bağlı yanlışlar

Gündəlik Xəbərlər
23-12-2025
689

Cari ildə bələdiyyələrə subvensiya niyə ayrılmadı?

Gündəlik Xəbərlər
21-12-2025
704

Geriyə baxanda... 

Gündəlik Xəbərlər
17-12-2025
843

Müsabiqəyə yekun vurulub, qaliblər də məlumdur

Gündəlik Xəbərlər
15-12-2025
740