Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

11-07-2026 , 15:25

160

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Anar Adıgözəlov: "Maştağa bələdiyyəsi qəsəbə ərazisində abadlıq işlərini davamlı şəkildə həyata keçirir"

“Maştağa bələdiyyəsi tərəfindən Nizami Gəncəvi küçəsində cari yol təmir işləri həyata keçirilib”-bu fikirləri adıçəkilən bələdiyyənin sədri Anar Adıgözəlov deyib.

Sədr qeyd edib ki, Maştağa bələdiyyəsinin 03 iyul 2026-cı il tarixli, 13 saylı iclas protokoluna əsasən Sabunçu rayonu, Maştağa qəsəbəsi, Nizami Gəncəvi küçəsində cari yol təmir işləri icra olunmuşdur. Küçə sakinlərinin kollektiv müraciətləri nəzərə alınaraq, uzun müddət istismar nəticəsində yararsız vəziyyətə düşmüş küçədaxili avtomobil yolunda xüsusi texnikalar cəlb edilməklə hamarlama işləri aparılmış, yol örtüyündə yaranmış çökəklik və çuxurlar karbonat və çınqıl materialları ilə doldurularaq möhkəmləndirilmiş, yol səthi hamarlaşdırlımışdır.

Anar Adıgözəlov deyib ki, görülmüş işlər nəticəsində nəqliyyat vasitələrinin və piyadaların hərəkəti üçün daha təhlükəsiz və rahat şərait yaradılmış, küçənin yol infrastrukturu əhəmiyyətli dərəcədə yaxşılaşdırılmışdır. Maştağa bələdiyyəsi qəsəbə ərazisində mövcud problemlərin həlli, sakinlərin müraciətlərinə operativ baxılması və abadlıq işlərinin davamlı şəkildə həyata keçirilməsi istiqamətində fəaliyyətini davam etdirir.

Belediyye.info


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər