Şüvəlan bələdiyyəsinin komandası mini-futbol turnirində ikinci yeri tutub
Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103 illiyinə həsr olunmuş, Qərbi Azərbaycan İcması və Xəzər Rayon İcra Hakimiyyətinin birgə təşəbbüsü ilə Xəzər rayonu qəsəbə bələdiyyələri arasında təşkil edilən mini-futbol turniri uğurla keçirilmişdir.
Şağan
İdman kompleksində baş tutan turnirdə Şüvəlan Bələdiyyəsinin komandası
yüksək oyun nümayiş etdirərək fəxri II yeri tutmuşdur.
Bununla əlaqədar Qərbi Azərbaycan İcmasında mükafatlandırma tədbiri təşkil olunmuş, qalib komandalar təltif edilmişdir. Tədbirdə rayonun bələdiyyənin rəsmiləri, qulluqçuları, idarə və müəssisələrinin nümayəndələri, ictimaiyyət üzvləri və qonaqlar iştirak etmişlər.
Rəylər
0 Rəy