Bu rayonda “Gender bərabərliyi dövlət siyasətinin prioritet istiqamətlərindən biridir” mövzusunda tədbir keçirilmişdir
Xətai Rayonunda
Tədbirdə Xətai Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və
humanitar məsələlər sektorunun müdiri, gender məsələləri üzrə məsul şəxs Pənah
İmanov, Xətai Rayon Bələdiyyəsinin
Gender Komissiyasının sədri Səbinə Abdullayeva, Yeni Azərbaycan Partiyasının Xətai
rayon təşkilatının sədri Ramil Mirzəyev, Xətai rayon prokurorluğunun müstəntiqi
Pünhan Eyvazov, Xətai Rayon Polis İdarəsinin inspektoru, polis kapitanı Ülkər
Heydərova, Xətai Rayon Ağsaqqallar Şurasının sədri Mürvət Əsgərov və digər
qonaqlar iştirak edib.
Tədbir çərçivəsində gender bərabərliyinin təmin olunması, məişət
zorakılığının qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlər və
bu sahədə dövlət siyasətinin əsas prioritetləri barədə geniş müzakirələr
aparılmışdır.
Müzakirələr zamanı 2026–2028-ci illər üzrə Milli Fəaliyyət
Planının əhəmiyyəti və gender amilinin cəmiyyətin inkişafındakı rolu xüsusi
qeyd edilib.
Tədbirdə çıxış edən rəsmi şəxslər vurğulayıblar ki, ölkəmizdə
gender bərabərliyinin təmin olunması dövlət siyasətinin əsas prioritetlərindən
biridir. Müstəqillik illərində formalaşdırılan normativ-hüquqi baza və
institusional mexanizmlər qadınların ictimai həyatın bütün sahələrində — siyasətdə,
iqtisadiyyatda və sosial sferada kişilərlə bərabər təmsil olunmasına imkan
yaradıb. Xüsusilə son illərdə həyata keçirilən islahatlar qadın sahibkarlığının
inkişafına və qadınlar arasında işsizliyin azalmasına böyük töhfə vermişdir.
Çıxışlarda məişət zorakılığının qarşısının alınması üzrə monitorinq qruplarının fəaliyyəti və bələdiyyələrdə yaradılmış Gender Bərabərliyi Komissiyalarının rolu barədə ətraflı məlumat verilib.
Rəylər
0 Rəy