Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

29-04-2026 , 20:32

234

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

 Bu rayonda “Gender bərabərliyi dövlət siyasətinin prioritet istiqamətlərindən biridir” mövzusunda tədbir keçirilmişdir

Xətai Rayonunda  “Gender bərabərliyi dövlət siyasətinin prioritet istiqamətlərindən biridir” mövzusunda tədbir keçirilmişdir.

Tədbirdə Xətai Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər sektorunun müdiri, gender məsələləri üzrə məsul şəxs Pənah İmanov,  Xətai Rayon Bələdiyyəsinin Gender Komissiyasının sədri Səbinə Abdullayeva, Yeni Azərbaycan Partiyasının Xətai rayon təşkilatının sədri Ramil Mirzəyev, Xətai rayon prokurorluğunun müstəntiqi Pünhan Eyvazov, Xətai Rayon Polis İdarəsinin inspektoru, polis kapitanı Ülkər Heydərova, Xətai Rayon Ağsaqqallar Şurasının sədri Mürvət Əsgərov və digər qonaqlar iştirak edib.

Tədbir çərçivəsində gender bərabərliyinin təmin olunması, məişət zorakılığının qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlər və bu sahədə dövlət siyasətinin əsas prioritetləri barədə geniş müzakirələr aparılmışdır.

Müzakirələr zamanı 2026–2028-ci illər üzrə Milli Fəaliyyət Planının əhəmiyyəti və gender amilinin cəmiyyətin inkişafındakı rolu xüsusi qeyd edilib.

Tədbirdə çıxış edən rəsmi şəxslər vurğulayıblar ki, ölkəmizdə gender bərabərliyinin təmin olunması dövlət siyasətinin əsas prioritetlərindən biridir. Müstəqillik illərində formalaşdırılan normativ-hüquqi baza və institusional mexanizmlər qadınların ictimai həyatın bütün sahələrində — siyasətdə, iqtisadiyyatda və sosial sferada kişilərlə bərabər təmsil olunmasına imkan yaradıb. Xüsusilə son illərdə həyata keçirilən islahatlar qadın sahibkarlığının inkişafına və qadınlar arasında işsizliyin azalmasına böyük töhfə vermişdir.

Çıxışlarda məişət zorakılığının qarşısının alınması üzrə monitorinq qruplarının fəaliyyəti və bələdiyyələrdə yaradılmış Gender Bərabərliyi Komissiyalarının rolu barədə ətraflı məlumat verilib.

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər