Zirə bələdiyyəsi hədəfə doğru addım atmaqdadır
Zirə bələdiyyəsi büdcə gəlirlərində artıma nail olmaqla seçici müraciətlərinin həllini sürətləndirməyə nail olublar.
2024-cü
ilin birinici rübü ilə müqayisədə cari ildə Zirə bələdiyyəsinin büdcə gəlirlərində
131 faizlik artım müşahidə olunub.
Əgər
2024-cü ildə bələdiyyə ümumilkdə 18.955 manat əldə edə bilmişdisə və bunun da 5.930
manatı əmlak vergisi, 13.025 manatı isə torpaq vergisi təşkil etmişdirsə, 2025-ci
ildə müvafiq olaraq ümumi olaraq 23.342 manatın 6.167 manatı əmlak vergisindən, 17.174 manatı torpaq vergisindən daxil olub.
Bu
gün kollektivin və vergi xidmətinin birgə
səyi ilə cari ilin birinci rübündə büdcə daxil olmalarının həcmi rekord həddə 43.633 manata çatıb. Əldə olunan vəsaitin 14.171
manatı əmlak vergisindən 29.461 manatı isə torpaq vergisindən daxil olub.
Göründüyü
kimi, son iki il ərzində 139 faizlik artım əmlak vergisində, 127 faizlik artım
isə torpaq vergisinin yığımında müşahidə olunub.
Beləliklə,
addım-addım Zirə bələdiyyəsi hədəfə doğru addım atmaqdadır.
Xəzər
rayonu, Zirə bələdiyyəsi
Rəylər
0 Rəy