Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

14-03-2026 , 11:39

238

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Hacı Əliyev: “ABMA tərəfindən prosesin icrasının Səbail bələdiyyəsinə həvalə edilməsi bələdiyyəyə göstərilən diqqətdir”

“Son illərdə ölkə bələdiyyələrinin büdcə gəlirlərinin artımı istiqamətində Adminstrasiyanın bələdiyyələrlə iş sektorunun  təşəbbüsü ilə Azərbaycan Bələdiyyələrinin Milli Assosiasiyalarının (ABMA) və “Bələdiyyələrə onlayn xidmət” mərkəzinin təşkilatçılığı ilə genişməzmunlu layihələr icra edilməkdədir”- bu fikirləri Səbail bələdiyyəsinin sədri Hacı Əliyev bələdiyyənin növbəti geniştərkibli iclasında səsləndirib. İclasda həmçinin “Bələdiyyələrə onlayn xidmət mərkəzi”nin direktoru Adil Əhmədov da iştirak edib.  

Sədr iclasda qeyd edib ki, Azərbaycan Respublikasının Prezidentinin 2025-ci il 11 iyul tarixli 440 nömrəli Fərmanının 4.2 bəndinin icrası məqsədilə bu günlərdə ABMA tərəfindən hazırlanmış “Bələdiyyələrin vahid informasiya sistemi haqqında Əsasnamə” ölkə ərazisində fəaliyyət göstərən bütün bələdiyyələr adından təsdiq edilməsi üçün Səbail bələdiyyəsinə təqdim edilib.

Beləliklə, ABMA-nın 02.02.2026-cı il tarixli birgə yığıncağında qəbul edilmiş qərara əsasən sözügedən Əsasnamənin təsdiq edilməsi və Əsasnamənin Hüquqi Aktların Dövlət Reyestrinə  daxil edilməsi üçün hüquqi prosedurların aparılması səlahiyyəti Səbail bələdiyyəsinə həvalə olunmuşdur.

Görüşdə sədr qeyd edib ki, ABMA tərəfindən bu prosesin icrasının Səbail bələdiyyəsinə həvalə edilməsi Səbail bələdiyyəsinə göstərilən həm məsuliyyət, həm də diqqətdir. Sədr sonda bildirib ki, Səbail bələdiyəsi göstərilən bu etimadı doğrultmaq üçün var qüvvəsi ilə çalışaraq belə bir məsuliyyəti işi vaxtında başa çatdıracaqdır.

İclasda qeyd edilib ki, Azərbaycan Respublikasının Prezidentinin 2025-ci il 11 iyul tarixli 440 nömrəli Fərmanının 4.2 bəndinin icrası məqsədilə ABMA tərəfindən hazırlanmış “Bələdiyyələrin vahid informasiya sistemi haqqında Əsasnamə” Səbail bələdiyyəsinin iclasında təsdiq olunmuş və Hüquqi Aktların Dövlət Reyestrinə  daxil edilməsi üçün müraciət olunması nəzərdə tutulmuşdur.

Səbail bələdiyyəsinin üzvlərinin iştirak ilə keçirilən iclasda qeyd olunan məsələnin ətraflı müzakirəsində “Bələdiyyələrin onlayn xidmət” Mərkəzinin direktoru Adil Əhmədovda öz fikir və mülahizələrini iclas iştirakçıları ilə bölüşüb. Adil Əhmədov “Bələdiyyələrin vahid informasiya sisteminə ötürüləcək və həmin sistemdən əldə ediləcək məlumatların dairəsi”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 Mart 2026 QƏRARI  barəsində bəzi vacib məqamları iclas iştirakçılarına ətraflı şəkildə çatdırıb. Adil Əhmədov qeyd edib ki, “Bələdiyyələrin vahid informasiya sistemi”nə ötürüləcək və həmin sistemdən əldə ediləcək məlumatlar Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”na uyğun olaraq əldə edilir. Bununla yanaşı qərara əsasən Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi “Bələdiyyələrin vahid informasiya sisteminə ötürüləcək və həmin sistemdən əldə ediləcək məlumatların dairəsi”ndə nəzərdə tutulmuş dövlət orqanlarının (qurumlarının) qeyd olunan məlumatlarının toplandığı informasiya sistemlərinin (ehtiyatlarının) bələdiyyələrin vahid informasiya sisteminə Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə inteqrasiyasını təmin edəcəkdir.

Adil Əhmədov  iclasın gedişində  Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 Mart 2026 QƏRARIna əsasən “Gələcəyə Rəqəmsal Addım” - şüarlı Bələdiyyələrin vahid informasiya sisteminin yenilənmiş versiyasını iştirakçılara təqdim edib.

İclasda iştirak edən bələdiyyə üzvləri bu qərarın bələdiyyələrin inkişafı üçün mühüm addım olduğunu qeyd ediblər.

İclasa yekun vuran sədr Hacı Əliyev bildirib ki, Nazirlər Kabineti tərəfindən qəbul edilən bu qərarın icrası  bələdiyyələrin büdcə gəlirlərinin artımında öz sözünü deyəcəkdir.



Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər