Hacı Əliyev: “ABMA tərəfindən prosesin icrasının Səbail bələdiyyəsinə həvalə edilməsi bələdiyyəyə göstərilən diqqətdir”
“Son illərdə ölkə bələdiyyələrinin büdcə gəlirlərinin artımı istiqamətində Adminstrasiyanın bələdiyyələrlə iş sektorunun təşəbbüsü ilə Azərbaycan Bələdiyyələrinin Milli Assosiasiyalarının (ABMA) və “Bələdiyyələrə onlayn xidmət” mərkəzinin təşkilatçılığı ilə genişməzmunlu layihələr icra edilməkdədir”- bu fikirləri Səbail bələdiyyəsinin sədri Hacı Əliyev bələdiyyənin növbəti geniştərkibli iclasında səsləndirib. İclasda həmçinin “Bələdiyyələrə onlayn xidmət mərkəzi”nin direktoru Adil Əhmədov da iştirak edib.
Sədr iclasda qeyd edib ki, Azərbaycan Respublikasının
Prezidentinin 2025-ci il 11 iyul tarixli 440 nömrəli Fərmanının 4.2 bəndinin
icrası məqsədilə bu günlərdə ABMA tərəfindən hazırlanmış “Bələdiyyələrin vahid
informasiya sistemi haqqında Əsasnamə” ölkə ərazisində fəaliyyət göstərən bütün
bələdiyyələr adından təsdiq edilməsi üçün Səbail bələdiyyəsinə təqdim edilib.
Beləliklə, ABMA-nın 02.02.2026-cı il tarixli birgə
yığıncağında qəbul edilmiş qərara əsasən sözügedən Əsasnamənin təsdiq edilməsi
və Əsasnamənin Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün hüquqi prosedurların
aparılması səlahiyyəti Səbail bələdiyyəsinə həvalə olunmuşdur.
Görüşdə sədr qeyd edib ki, ABMA tərəfindən bu prosesin
icrasının Səbail bələdiyyəsinə həvalə edilməsi Səbail bələdiyyəsinə göstərilən
həm məsuliyyət, həm də diqqətdir. Sədr sonda bildirib ki, Səbail bələdiyəsi
göstərilən bu etimadı doğrultmaq üçün var qüvvəsi ilə çalışaraq belə bir məsuliyyəti
işi vaxtında başa çatdıracaqdır.
İclasda qeyd edilib ki, Azərbaycan Respublikasının
Prezidentinin 2025-ci il 11 iyul tarixli 440 nömrəli Fərmanının 4.2 bəndinin
icrası məqsədilə ABMA tərəfindən hazırlanmış “Bələdiyyələrin vahid informasiya
sistemi haqqında Əsasnamə” Səbail bələdiyyəsinin iclasında təsdiq olunmuş və
Hüquqi Aktların Dövlət Reyestrinə daxil
edilməsi üçün müraciət olunması nəzərdə tutulmuşdur.
Səbail bələdiyyəsinin üzvlərinin iştirak ilə keçirilən
iclasda qeyd olunan məsələnin ətraflı müzakirəsində “Bələdiyyələrin onlayn xidmət”
Mərkəzinin direktoru Adil Əhmədovda öz fikir və mülahizələrini iclas iştirakçıları
ilə bölüşüb. Adil Əhmədov “Bələdiyyələrin vahid informasiya sisteminə ötürüləcək
və həmin sistemdən əldə ediləcək məlumatların dairəsi”nin təsdiq edilməsi
haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 Mart 2026 QƏRARI barəsində bəzi vacib məqamları iclas
iştirakçılarına ətraflı şəkildə çatdırıb. Adil Əhmədov qeyd edib ki, “Bələdiyyələrin
vahid informasiya sistemi”nə ötürüləcək və həmin sistemdən əldə ediləcək məlumatlar
Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə Azərbaycan Respublikası
Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanı ilə təsdiq
edilmiş “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması,
aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”na uyğun olaraq əldə
edilir. Bununla yanaşı qərara əsasən Azərbaycan Respublikasının Rəqəmsal
İnkişaf və Nəqliyyat Nazirliyi “Bələdiyyələrin vahid informasiya sisteminə
ötürüləcək və həmin sistemdən əldə ediləcək məlumatların dairəsi”ndə nəzərdə
tutulmuş dövlət orqanlarının (qurumlarının) qeyd olunan məlumatlarının
toplandığı informasiya sistemlərinin (ehtiyatlarının) bələdiyyələrin vahid
informasiya sisteminə Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə
inteqrasiyasını təmin edəcəkdir.
Adil Əhmədov iclasın gedişində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 Mart 2026 QƏRARIna əsasən “Gələcəyə Rəqəmsal Addım” - şüarlı Bələdiyyələrin vahid informasiya sisteminin yenilənmiş versiyasını iştirakçılara təqdim edib.
İclasa yekun vuran sədr Hacı Əliyev bildirib ki, Nazirlər Kabineti tərəfindən qəbul edilən bu qərarın icrası bələdiyyələrin büdcə gəlirlərinin artımında öz sözünü deyəcəkdir.
Rəylər
0 Rəy