İsrafil Hüseynov: “Ümummilli Lider Heydər Əliyev hər zaman yerli özünüidarəetmənin inkişafına xüsusi diqqət və qayğı göstərmişdir”.
“Xalqımız bu gün Azərbaycanın ən yeni tarixinin yaradıcısı, müstəqil dövlətçiliyimizin memarı Heydər Əliyevin anım gününü qeyd edir. Ulu Öndərimizin rəhbərliyi altında həyata keçirilən müdrik dövlət siyasəti nəticəsində hazırda dünya birliyində öz layiqli yerini tutan Azərbaycanda mütərəqqi islahatlar aparılmaqla demokratik, hüquqi bir dövlət qurulmuşdur” – bu fikirləri Belediyye.infoya Xəzər rayonu Buzovna bələdiyyəsinin sədri İsrafil Hüseynov deyib.
Sədr
qeyd edib ki, dövlət müstəqilliyimizin çətin bir dövründə, Azərbaycan dövlətçiliyi
dağılmaq təhlükəsi qarşısında qaldığı bir vaxtda məhz Ulu Öndər Heydər Əliyev yenidən siyasi
hakimiyyətə qayıtmaqla liderlik missiyasını öz üzərinə götürdü.
1995-ci
il noyabrın 12-də ümumxalq səsverməsi ilə qəbul edilmiş yeni Konstitusiyanın
müstəqil Azərbaycan dövlətinin inkişafı tarixində əhəmiyyətli rolu oldu. Məhz
yeni Konstitusiyanın qəbulundan sonra Azərbaycanda ilk dəfə yerli özünüidarəetmə
institutu – bələdiyyə orqanları yaradılmış və fəaliyyətə başlamışdır.
Beləliklə,
Azərbaycan ərazisində ilk bələdiyyə seçkiləri keçirilənədək yerli özünüidarə ilə
bağlı əsaslı hüquqi baza formalaşdırılmış, yerli özünüidarəetmə sahəsini tənzimləyən
normativ-hüquqi aktlar qəbul edilmişdir. Ümummilli Liderimiz Heydər Əliyev
yerli özünüidarəetməni ölkəmizdə gedən demokratiya prosesinin mühüm bir sahəsi
kimi dəyərləndirərək bələdiyyələrlə bağlı dövlət siyasətinin əsas istiqamətlərini
də müəyyən etmiş, onun inkişafına xüsusi diqqət və qayğı göstərmişdir.
Ölkəmizdə
yerli özünüidarəetmə institutunun inkişafı Ümummilli Liderimiz Heydər Əliyevin
diqqət mərkəzində olmuş və həmişə qayğı göstərilmişdir.
Ulu Öndər Heydər Əliyevin demokratiyanın inkişafı istiqamətində müəyyənləşdirdiyi siyasətin bir istiqaməti də yerli özünüidarəetmənin səmərəli təşkilinə yönəlmişdir. Bu siyasət bələdiyyələrin təşkili və formalaşması ilə yerli demokratiyanın inkişafına və yerli əhəmiyyətli problemlərin həllinə müsbət təsir etmişdir. Nəticədə, cəmiyyətimizdə əhalinin mənafeyinin qorunmasında bələdiyyələrin rolu ildən-ilə artır. Bu prosesdə Buzovna bələdiyyəsinin üzərinə müəyyən məsuliyyət yükü düşür. Bələdiyyə olaraq bu məsuliyyəti dərk edir, göstərilən etimadı doğrultmaq üçün var qüvvəmizlə çalışırıq.
Belediyye..info
Rəylər
0 Rəy