Bələdiyyə yanğına məruz qalmış ailənin mənzilini ziyarət edib
Saatlı bələdiyyəsindən daxil olan məlumata görə, bələdiyyə sədri Aqil Heydərovun iştirakı ilə yanğına məruz qalmış mənzilə baxış keçirilmişdir. Baxış da həmçinin bələdiyyənin müvafiq komissiyalarının üzvləri də iştirak ediblər.
Yanğının qısa qapanmadan baş verdiyi bildirilir. Bununla yanaşı aztəminatlı ailələrə məxsus mənzildə ailəyə məxsus bütün əmlak yanaraq məhv olub.
Vətəndaşın bələdiyyəyə etdiyi müraciətin yaxın günlərdə bələdiyyə iclasında müzakirəyə çıxarılacağı və müvafiq
maddi dəstəyin göstəriləcəyi qərara alınıb.
Belediyye.info
Rəylər
1 Rəy
Firuze Aliyeva
05-04-2025, 1 il əvvəl
Bələdiyyəmizə uğurlar arzulayıram. Ailəyə tez vaxtda yardım göstəriləcəyinə əminəm
Cavabla