Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

15-11-2026 , 01:14

95

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Uşaq hüquqları aylığı çərçivəsində maarifləndirici tədbir keçirilib

Uşaq hüquqları aylığı çərçivəsində Şabran Bələdiyyəsinin təşkilatçılığı ilə Şabran şəhər Məmmədağa Nəzirov adına 4 nömrəli tam orta məktəbdə maarifləndirici tədbir təşkil olunub.

Tədbirin əsas məqsədi şagirdlərin uşaq hüquqları, onların müdafiəsi, təhsil almaq, sağlam və təhlükəsiz mühitdə yaşamaq, eləcə də öz hüquq və vəzifələrini dərk etmək istiqamətində məlumatlılığını artırmaq olub.

Görüş zamanı uşaq hüquqlarının qorunmasının əhəmiyyəti, uşaqlara qarşı zorakılığın və ayrı-seçkiliyin yolverilməzliyi, ailə və cəmiyyətin bu sahədə məsuliyyəti barədə ətraflı məlumat verilib. Şagirdləri maraqlandıran suallar cavablandırılıb, mövzu ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, uşaqların hüquqlarının qorunması, onların sağlam, savadlı və hərtərəfli inkişaf etmiş şəxsiyyət kimi formalaşmasına dəstək göstərilməsi hər birimizin üzərinə düşən mühüm vəzifədir.

Uşaqların hüquqlarını qoruyaq, onların gələcəyinə birlikdə sahib çıxaq! 

Şabran bələdiyyəsi

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər