Uşaq hüquqları aylığı çərçivəsində Şabran Bələdiyyəsinin təşkilatçılığı ilə Şabran şəhər Məmmədağa Nəzirov adına 4 nömrəli tam orta məktəbdə maarifləndirici tədbir təşkil olunub.
Tədbirin əsas
məqsədi şagirdlərin uşaq hüquqları, onların müdafiəsi, təhsil almaq, sağlam və
təhlükəsiz mühitdə yaşamaq, eləcə də öz hüquq və vəzifələrini dərk etmək
istiqamətində məlumatlılığını artırmaq olub.
Görüş
zamanı uşaq hüquqlarının qorunmasının əhəmiyyəti, uşaqlara qarşı zorakılığın və
ayrı-seçkiliyin yolverilməzliyi, ailə və cəmiyyətin bu sahədə məsuliyyəti barədə
ətraflı məlumat verilib. Şagirdləri maraqlandıran suallar cavablandırılıb,
mövzu ətrafında fikir mübadiləsi aparılıb.
Qeyd edək
ki, uşaqların hüquqlarının qorunması, onların sağlam, savadlı və hərtərəfli
inkişaf etmiş şəxsiyyət kimi formalaşmasına dəstək göstərilməsi hər birimizin
üzərinə düşən mühüm vəzifədir.
Uşaqların hüquqlarını qoruyaq, onların gələcəyinə birlikdə sahib çıxaq!
Şabran bələdiyyəsi
Rəylər
0 Rəy