Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

14-11-2026 , 14:28

70

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Pirəbədil bələdiyyəsi kənd yollarının yaxşılaşdırılması istiqamətində işləri davam etdirir

Şabran rayonu Pirəbədil bələdiyyəsinin inzibati ərazisinə daxil olan kəndlərdə yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində bir sıra işlər həyata keçirilib.

Bələdiyyə tərəfindən Zöhrami, Dağbilici, Xəlifələr və Yelkəsən kəndlərində kənddaxili və kəndlərarası yollara çınqıl materialı tökülərək yayılmış, yolların hamarlanması və bərkidilməsi işləri aparılmışdır. Bununla yanaşı, kənd sakinlərinin müraciətləri nəzərə alınaraq Xəlifələr və Yelkəsən kəndlərinə alternativ yolun çəkilişi də bələdiyyənin təşəbbüsü və dəstəyi ilə həyata keçirilmişdir.

Bələdiyyə sədri Atabala Seydayev bildirib ki, görülən işlərin əsas məqsədi kənd sakinlərinin gündəlik gediş-gəlişini asanlaşdırmaq, xüsusilə bir-birindən müəyyən məsafədə yerləşən yaşayış məntəqələri arasında nəqliyyat əlaqəsini yaxşılaşdırmaq və insanların rahatlığını təmin etməkdir.

Onun sözlərinə görə, bələdiyyə bundan sonra da sakinlərin müraciət və ehtiyaclarını nəzərə alaraq yol infrastrukturunun yaxşılaşdırılması, abadlıq-quruculuq və digər sosial əhəmiyyətli layihələrin icrasını diqqətdə saxlayacaq. Bu istiqamətdə mövcud imkanlar çərçivəsində mərhələli şəkildə yeni layihələrin həyata keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, Pirəbədil bələdiyyəsi ümumilikdə 38 kəndi əhatə edir. Hazırda bələdiyyənin inzibati ərazisində 10 mindən çox sakin yaşayır. Geniş ərazini və çoxsaylı yaşayış məntəqələrini əhatə edən bələdiyyə üçün kəndlər arasında əlaqələrin yaxşılaşdırılması, yol infrastrukturunun inkişafı və əhalinin sosial-məişət şəraitinin yüksəldilməsi əsas fəaliyyət istiqamətlərindəndir.

Belediyye.info


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər