İcra başçısı bələdiyyənin inzibati binasında aparılmış əsaslı təmir işlərlə tanış olub
Bu günlərdə Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov Biləsuvar bələdiyyəsinin yerləşdiyi inzibati binanın birinci mərtəbəsində aparılmış əsaslı təmir işlərindən sonra görülən işlərlə tanış olmuş, bələdiyyə kollektivi ilə səmimi görüş keçirmişdir.
İcra başçısı aparılmış təmir işlərini yüksək qiymətləndirərək
bələdiyyə kollektivinə gələcək fəaliyyətlərində uğurlar və müvəffəqiyyətlər
arzulamışdır.
Biləsuvar bələdiyyəsinin sədri İlqar Abasov göstərilən
diqqətə görə təşəkkürünü bildirmiş, bundan sonra da sakinlərlə əlaqələrin daha
da möhkəmləndirilməsi, vətəndaş məmnunluğunun artırılması və bələdiyyənin fəaliyyətinin
daha da təkmilləşdirilməsi istiqamətində səylə çalışacaqlarını vurğulamışdır.
Görüşdə Biləsuvar Rayon İcra Hakimiyyəti başçısının
birinci müavini Azər Cəfərli və şəhər icra nümayəndəsi Qabil Xammədov iştirak
etmişlər.
Biləsuvar bələdiyyəsi olaraq qarşıya qoyulan vəzifələrin
uğurla həyata keçirilməsi, sakinlərə göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi
və rayonumuzun inkişafına töhfə vermək istiqamətində fəaliyyətimizi davam etdirəcəyik.
Biləsuvar Bələdiyyəsi
Rəylər
0 Rəy