Şəhidin adını daşıyan küçədə abadlıq işləri həyata keçirilib
Şəhidlərimizin əziz xatirəsinin daim uca tutulması, onların adını daşıyan küçə və ünvanların abad, səliqəli və müasir görkəmdə saxlanılması mühüm istiqamətlərdən biridir.
Bu məqsədlə Şəhid Nəsirov Ömər Məlik oğlunun adını daşıyan
küçədə abadlıq işləri həyata keçirilib. Görülən işlər çərçivəsində küçəyə daş
materialı tökülərək yolun vəziyyəti yaxşılaşdırılıb, hərəkətin daha rahat və təhlükəsiz
olması üçün şərait yaradılıb.
Aparılan abadlıq işləri ilə yanaşı, şəhidimizin adını
daşıyan küçədə xatirə lövhəsinin ətrafının səliqəyə salınmasına və ümumi
görünüşün yaxşılaşdırılmasına da diqqət göstərilib.
Bu cür tədbirlər həm yaşayış məntəqələrinin
abadlaşdırılmasına, həm də Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda
canından keçmiş şəhidlərimizin əziz xatirəsinə göstərilən dərin ehtiramın ifadəsinə
xidmət edir.
Şəhid Nəsirov Ömər Məlik oğlunun əziz xatirəsi daim uca
tutulacaq, adı gələcək nəsillərə ehtiramla çatdırılacaqdır.
Şəhidlərimizin adı və əziz xatirəsi bizim üçün daim müqəddəsdir!
Şabran bələdiyyəsi
Rəylər
0 Rəy