Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

18-09-2026 , 11:57

104

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Şəhidin adını daşıyan küçədə abadlıq işləri həyata keçirilib


Şəhidlərimizin əziz xatirəsinin daim uca tutulması, onların adını daşıyan küçə və ünvanların abad, səliqəli və müasir görkəmdə saxlanılması mühüm istiqamətlərdən biridir.

Bu məqsədlə Şəhid Nəsirov Ömər Məlik oğlunun adını daşıyan küçədə abadlıq işləri həyata keçirilib. Görülən işlər çərçivəsində küçəyə daş materialı tökülərək yolun vəziyyəti yaxşılaşdırılıb, hərəkətin daha rahat və təhlükəsiz olması üçün şərait yaradılıb.

Aparılan abadlıq işləri ilə yanaşı, şəhidimizin adını daşıyan küçədə xatirə lövhəsinin ətrafının səliqəyə salınmasına və ümumi görünüşün yaxşılaşdırılmasına da diqqət göstərilib.

Bu cür tədbirlər həm yaşayış məntəqələrinin abadlaşdırılmasına, həm də Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinə göstərilən dərin ehtiramın ifadəsinə xidmət edir.

Şəhid Nəsirov Ömər Məlik oğlunun əziz xatirəsi daim uca tutulacaq, adı gələcək nəsillərə ehtiramla çatdırılacaqdır.

Şəhidlərimizin adı və əziz xatirəsi bizim üçün daim müqəddəsdir!

Şabran bələdiyyəsi



Rəylər

0 Rəy


Rəy yaz